• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni politoloq dağıdılmış müsəlman qəbiristanlığının görüntülərini yaydı-VİDEO

Erməni politoloq dağıdılmış müsəlman qəbiristanlığının görüntülərini yaydı-VİDEO
05.09.2019 16:58
İndiki Ermənistan ərazisindəki 1989-cu ilədək Azərbaycan türklərinin və müsəlman kürdlərin yaşadığı Vedi şəhərinin yaxınlığındakı Orçadzor adlı yerdə dağıdılmış müsəlman qəbiristanlığının görüntüləri yayılıb.

Eurasia Diary-nin verdiyi xəbərə görə, həmin görüntülərdə Narine Kirokosyan adlı erməni politoloq və ictimai fəal digər ictimai fəallarla birlikdə, Ararat bölgəsinə qədim abidələri çəkmək üçün İrəvandan gəliblər. Burada onlar müsəlman qəbiristanlığının barbarcasına dağıdılmasının şahidi olublar.

Özünü Mədəni İrsin Qorunması Fondunun (FPWC) əməkdaşı kimi təqdim edən qəbiristanlıq keşikçisi, buranın özəl ərazi olduğunu və kənar adamların girişinin tövsiyə olunmadığını deyib. İctimai fəallardan ibarət qrup dağıdılmış abidəni çəkməyə başlayanda, onları qəbiristanlığın ərazisindən qovmağa başlayıblar.
Erməni politoloq təəccüb ifadə edib və mədəni irsi qorumalı olan bir fondun əslində bu qəbiristanlığın timsalında mədəni irsin özünü məhv etdiyini deyib.

"Əgər bu tarixi-mədəni irsin qorunması fondudursa, o zaman hətta bu kürdlər və ya türklər burada yaşamırlarsa belə, hansı haqla qəbiristanlıq məhv edilir?
Bu qəbiristanlıq tamamilə məhv edilməmiş onun qorunmasına kömək etmələri üçün beynəlxalq ictimaiyyətə müraciət edirik. Yeri gəlmişkən, bu Fondun rəhbəri Ermənistanda tanınmış şəxs olan Ruben Xaçaturyandır. Yerevan zooparkı da ona məxsusdur. Dağın arxasında isə Xosrov Təbiət Qoruğu yerləşir”, -deyə o bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol