• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə Nazirliyi adından 3100 manatlıq rüşvət əməliyyatı - ŞİKAYƏT+ FOTOLAR

Səhiyyə Nazirliyi adından 3100 manatlıq rüşvət  əməliyyatı -  ŞİKAYƏT+ FOTOLAR
28.05.2020 23:04
 Gədəbəy rayon Zəhmət kənd sakini Almaz Abdullayeva  Anews.az-ın  email ünvanına göndərdiyi şikayət məktubunda Qara Qarayev adına Uşaq Xəstəxanasının əməkdaşının ondan Səhiyyə Nazirliyi adından 3100 manat rüşvət aldığını  bildirir. 

"Uzun illər Gədəbəy rayon Slavyanka kənd xəstəxanasında ginekoloq işləmişəm. 2016-cı ilin yay ayları idi.  Kurs keçib sertifikat almaq  üçün Bakıya getdim.  Kursda Qara Qaarayevev adına Uşaq Xəstəxanasının əməkdaşı Əzizova Xanımcan Nüsrət qızı ilə tanış oldum. Həmin xanımla söhbət əsnasında 2016-cı ilin sonlarında  yaşla əlaqədar tibbdən uzaqlaşdırılacağımı dedim. Xanımcan xanım bu işi həll edə biləcəyini söylədi. Özünün Səhiyyə Nazirliyində adamı olduğunu, onunla danışıb xəbər edəcəyini söylədi”, – deyə xanım bildirir.

Onun sözlərinə görə, problemlər elə bundan sonra başlayıb.  "Xanımcan xanım mənə zəng etdi ki, Səhiyyə Nazirliyi ilə danışmışam. Sən  müqavilə ilə işləyə bilərsən. Lakin bu işin alınması üçün nazirlikdən pul istəyirlər. Məndən müxtəlif vaxtlarda Səhiyyə Nazirliyi adından  2500, 400, 200 manat (toplam üst-üstə 3100 manat) pul aldı. Mənə bunu dostluq xatirinə etdiyini vurğuladı. Aldığım pulu Səhiyyə Nazirliyindən istəyirlər. Pulu aldıqdan sonra nə iş düzəltdi, nə də pulumuzu geri qaytardı. Müxtəlif  bəhanələrlə  pulu qaytarmaqdan yayınır” , – deyə Almaz xanım əlavə edir.

Almaz Abdullayeva pulunun geri qaytarılması üçün Səhiyyə Nazirliyindən və hüquq-mühafizə orqanlarından kömək istəyir.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən redaksiyamıza bildirdilər ki, adı çəkilən Səhiyyə Nazirliyinin əməkdaşı işdən çıxarılıb və sənədləri korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib. 
 
Nazirlikdən  qısa zamanda məsələnin detalları barədə əlavə açıqlama verəcəklərini də əlavə etdilər. 

Məlumata dair foto faktlar:




 
Zaur Qənbərov

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol