• $
  • €
  • ₽
  • ₺
  • £

SON DƏQİQƏ: İstanbul- Bakı avtobusu qəzaya düşdü — Ölən və yaralananlar var

SON DƏQİQƏ: İstanbul- Bakı avtobusu qəzaya düşdü — Ölən və yaralananlar var
29.05.2020 00:33
Bakı-Qazax magistiral avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

"Anews.az" report-a istinadən xəbər verir ki,  hadisə rayonun Sarıtəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, Türkiyədən gələn avtobus yük maşını ilə toqquşub. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. 

15 nəfərə yaxın yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. Qəza yerində bir nəfər (kişi) ölüb. 10-dan çox sərnişinə isə ambulator yardım göstərilib.

Bildirilir ki, qəzaya düşən "Mercedes” markalı avtobus İstanbul-Bakı marşrut xətti üzrə hərəkət edirmiş. Avtobusda sürücü, sürücünün köməkçisi və 52 sərnişin olub. Şahidlərin bildirdiyinə görə, qəzaya səbəb "Şaqman” markalı yük maşınının avtobusa çırpılması olub.

Qəzada yaralanan qadın  açıqlamasında deyib ki, qəza nəticəsində sürücünün köməkçisi elə hadisə yerində keçinib: " Hər kəs bir-birini tapdalayıb avtobusdan düşməyə çalışırdı. Avtobusda uşaqlar da vardı. Hamımız düşüb baxdıq ki, yük maşını avtobusa çırpılıb. Bəzi sərnişinlər yolda maşın saxlayıb minib evlərinə getdilər. 

Mən qəzada ciddi xəsarət almamışdım, sadəcə düşmək istəyəndə sərnişinlər itələdilər yıxıldım. Üzərimdən keçdikləri üçün xəsarət aldım. Məncə yük maşını bizi vurub. Günah onda olub."
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol