• $
  • €
  • ₽
  • ₺
  • £

Qənirə Paşayeva maaşını türkmanlara bağışladı

Qənirə Paşayeva maaşını türkmanlara bağışladı
25.08.2014 10:18

"İmkanı, gücü çatan hər kəsi onlara yardıma çağırıram"

Millət vəkili Qənirə Paşayeva bir aylıq əmək haqqını İraq türkmalarına bağışlayıb. ANS PRESS-in məlumatına görə, deputat imkanı olan hər kəsi İraqda yaşayan soydaşlarımıza yardıma çağırıb. 

“Mən bir aylıq maaşımı İraq türkmanlarına – yəni bu ölkədə yaşayan soydaşlarımıza yardım fonduna bağışladım və imkanı, gücü çatan hər kəsi onlara yardıma çağırıram. ...Bilirəm ki, hər səkkiz nəfərindən biri qaçqınlıq, köçkünlük taleyi yaşamış, mərhumiyyətlər görmüş Azərbaycan Respublikası vətəndaşları bu çağırışı dəstəkləyəcək. Söhbət canı canımızdan, qanı-qanımızdan olan İraq türkman qardaş-bacılarımızdan gedir. Son 100 ildə başı böyük müsibətlər çəkmiş qardaş-bacılarımızın bugünkü durumu son zamanlar İŞİD terror təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları üzündən çox ağırlaşıb. Şiə türkmanların durumu isə daha ağırdır. 

Çünki İŞİD üçün şiələr bağışlanmaz düşmənlərdir və təssüf ki, biz çağdaş sviliziasiya zamanında müsəlman dünyasında bu cür cahilliyin şahidi oluruq... Amma sünni türkman qardaşlarımız da İŞİD əlindən az əziyyət çəkmirlər. İŞİD-in türkman bölgələrinə hücumları sonucunda 200 mindən çox soydaşımız öz evlərini, yurdlarını tərk edərək qaçmaq, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb..! 

Qətlə yetirilən, köçkün salınan türkman qardaş-bacılarımızın sayı sürətlə artmaqdadır. Təlafər, Tuzhurmatu, Bayat köyləri, Bəşir ve Tazəhurmatu əhalisinin önəmli bölümü yaşayış yerlərini tərk etdi..! Bu insanların hər türlü insani yardıma və özəlliklə də, səhra istisindən qorunmaq üçün çadırlara ehtiyacı var. Kömək istəyirlər... Sizcə o köməyi kimlər ilk növbədə etməlidir yaxud qardaş-bacılarımızın ağıllarına gələn ilk ölkələr hansılardır?!. – Təbii ki, ilk öncə bizdən, dünyadakı qardaş-bacılarından, soydaşlarından!.. Onlar bütün Türk Dünyasına, dünyaya səslənirlər... Bizi eşidin deyirlər, bizi unutmayın deyirlər... Kömək edin deyirlər… Kömək gözləyirlər –hər keçən ay, həftə deyil, gün, saat belə onların əleyhinə işləyir..! Bu vahim gedişi durdurmaq üçün üzərimizə düşən mənəvi sorumluluğu dəyərləndirməliyik!".

Millət vəkili Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də əlindən gələn dəstəyi əsirgəməyəcəyinə inandığını deyib.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol