• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qonşular dalaşıb, bir nəfər bıçaq xəsarəti alıb

Bakıda qonşular dalaşıb, bir nəfər bıçaq xəsarəti alıb
10.09.2019 22:30
Bakının Xəzər rayonunda qonşular arasında kütləvi dava baş verib.

APA xəbər verir ki, Türkan qəsəbəsi, Üzümçülük bağları yaşayış massivində bir neçə nəfər qonşu arasında mübahisə yaranıb. Yaranan mübahisə kütləvi davaya çevrilib. Bu zaman 42 yaşlı Abdullayev Zahid İsmayıl oğlu ayaq nahiyəsindən bıçaqlanıb, 40 yaşlı Məmmədova Gözəl Hacıbaba qızı isə döyülərək xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Z.Abdullayevə sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası, G.Məmmədovaya isə başın təpə nahiyəsinin və qarının əzilmiş yarası diaqnozu qoyulub.

Əldə etdiyimiz məlumata görə, G.Məmmədovanın həyat yoldaşı Z.Abdullayevə 3 il öncə torpaq sahəsi satıb, lakin buna baxmayaraq, pulunu ala bilməyib. Sentyabrın 9-da sonuncu dəfə pulunu tələb edən zaman isə qonşular arasında mübahisə yaranıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol