• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il 1716 nəfər əlilliyi olan şəxs işlə təmin edilib

Bu il 1716 nəfər əlilliyi olan şəxs işlə təmin edilib
10.09.2019 23:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin ötən dövründə 1716 nəfər əlilliyi olan şəxs müxtəlif idarə, müəssisə və təşkilatlarda münasib işlərlə təmin olunub. 

Nazirlikdən APA-ya verilən məlumata görə, onların hər biri ilə əmək müqaviləsi bağlanaraq elektron sistemdə qeydiyyatdan keçirilməklə rəsmiləşdirilib.  

Eyni zamanda əlilliyi olan şəxslərin kiçik sahibkarlığa çıxşına şərait yaradılması üçün onların ozünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir. Bu ilin ötən dövründə Xidməti tərəfindən artıq 1000-dək əlilliyi olan şəxs həmin proqrama cəlb edilib və proqram çərçivəsində müvafiq təlimlərdə iştirak edib.

Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasında onların peşə hazırlığının təşkili də mühüm rola malikdir. Cari ildə nazirliyin xətti ilə 205 nəfər (o cümlədən 176 nəfər üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, 29 nəfər üçün  Dövlət Məşğulluq Xidmətinin xətti ilə) peşə hazırlığı kursları təşkil edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol