Azərbaycanda dəhşətli ailə dramı

Tərtər rayonunda dəhşətli hadisə baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Bayandur kəndində 1985-ci il təvəllüdlü Arzuman Vəliyev valideynlərini öldürmək məqsədi ilə onları bıçaqlayıb. 29 yaşlı oğlan əvvəlcə atası Sərdar Vəliyevi çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
O, daha sonra anası Gülbəs Vəliyevaya hücum edib və anasına ağır zərbələr endirib. Qadın Bərdə rayonunda xəstəxanaya yerləşdirilib, vəziyyəti kritikdir.
Hadisəni törədən oğul tutulub. Onun ana-atasını hansı səbəbdən öldürməyə qərar verməsi dəqiq bilinmir.ANS PRESS
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























