• $
  • €
  • ₽
  • ₺
  • £

Diabet müalicə olunur, amma sağalmazdır - MÜSAHİBƏ

Diabet müalicə olunur, amma sağalmazdır - MÜSAHİBƏ
23.08.2014 18:10
Bakıda alman mütəxəssisləri həkim-endokrinoloqlar üçün dəri altına insulinin avtomatik yeridilməsinə dair təlim keçiblər. Bu qurğular diabet xəstəsi olan insanlara imkan verir ki, sağlam insanlarda olduğu kimi həyat tərzi keçirsinlər.Təlimin və Azərbaycana insulin pompalarının daşınmasının təşəbbüskarı beynəlxalq diabet federasiyasının daimi üzvü, Azərbaycan Endokrinoloqları Elmi Cəmiyyətinin sədri, VM Endokrinologiya, Diabet və Metabolizm Mərkəzinin elmi rəhbəri professor Valeh Mirzəzadədir.V. Mirzəzadə ANN.Az-ın suallarını cavablandırıb.- İnsulin pompalarının istifadə edilməsi üzrə mütəxəssislərin Azərbaycana dəvət edilməsində məqsəd nədir?- Şəkərli diabetin müalicəsinin ən müasir metodlarından biri – insulin pompasının köməyindən istifadə etməkdir. Bu, qanda şəkərin səviyyəsinə nəzarət etməyə və xəstə insanların vəziyyətinin pisləşməsinin qarşısını almağa imkan verən müalicənin ən fizioloji metodudur. Azərbaycanda insulin pompaları ilə müalicə 2006-cı ildə bizim mərkəzdə başlanıb. Hazırda 30 insan bu pompalarla müalicə olunur, amma bu pompalar onların özləri tərəfindən alınıb. Səhiyyə Nazirliyi çox əhəmiyyətli bir addım atdı – uşaqlar üçün 90 pompa və öz-özünə nəzarət vasitəsi kimi 90 qlükometr, hər bir uşaq üçün 25 qutu test zolaqları aldı. Bütün bunlar uşaqların müalicəsi üçün pulsuz veriləcək. Azərbaycanda bu qurğuların 24 saat ərzində təcili pulsuz təmiri üçün xidmət şirkəti yaradılıb.Endokrinoloqlar arasında pompa ilə müalicəyə maraq çox yüksəkdir. Buna görə də Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası ilə Azərbaycan diabet cəmiyyəti treninqdə iştirak edə bilməyən həkimləri öyrədirlər. 30-dan çox Azərbaycan mütəxəssisi dəvət edilib. - Diabet müalicə olunurmu?- Diabetdən müalicə olunmaq sağalmağı bildirmir. Sağalmaq və müalicə – bu, müxtəlif anlayışlardır. Yəqin, müalicədən yox, bədəni idarə etməkdən danışmaq düzgündür. İnsan öz orqanizmini idarə etməyi öyrənməlidir.Əgər artıq şəkərli diabet varsa, onda xəstəni sağaltmaq mümkün deyil. Hətta şəkərli diabetin sağalmasının meyarı da mövcud deyil. Xəstəni sağalmış hesab etmək üçün onun neçə gün normal vəziyyətdə olmalı olduğu da məlum deyil. Diabetin simptomları nə qədər tez aşkarlanarsa və idarə olunarsa, xəstəliyi də bir o qədər yüngül keçirmək olur. Bu, qanundur. Ona görə də biz Mərkəzimizdə buna xüsusi diqqət ayırırıq. Bu, xəstəlik deyil, xəstəliyə meyldir, qanın şəkər sistemində yüngül dəyişiklikləri mütləq normaya qaytarmaq və ya ən azı xəstələnmənin diabetlə qarşısını almaq olar.Kamal ƏliANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol