• $
  • €
  • ₽
  • ₺
  • £

Umico ilə alış-veriş edərək Azercell nömrənizin balansını artırın!

Umico ilə alış-veriş edərək Azercell nömrənizin balansını artırın!
29.05.2020 11:43
Zəngin rəqəmsal məhsullar bazasına malik olan ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC texnoloji yeniliklərin tətbiqi vasitəsilə insan həyatını rahatlaşdırmaq istiqamətində fəaliyyətini genişləndirməyə davam edir. Umico bonus proqramının eksklüziv telekom tərəfdaşı olan Azercell, adıçəkilən proqram istifadəçilərinə keşbək qazanmaq imkanı yaradır. Sentyabr ayının 3-dən etibarən Umico istifadəçisi olan Azercell fakturasız xətt müştəriləri balanslarını rəqəmsal kanallar vasitəsilə artırmaqla, 0.7% məbləğində keşbək əldə edir. Bonuslar "MilliÖN” terminalları və internet saytı, "Modenis”, "Expressbank”, "Smartpay” terminalları, "PaySis”, "Goldenpay”, "Azerikard” internet saytları, "ABB” ATM-ləri, "Azərpoçt” şöbə və filialları vasitəsilə edilən ödənişlərə təqdim olunur.
 
Qeyd edək ki, istifadəçilərə Umico-nun 500-dən çox tərəfdaş şəbəkələrində alış-veriş zamanı keşbək qazanmaq  və topladıqları keşbək balansını eyni şəkildə partnyor şəbəkələrində sərf etmək fürsəti verilir. Azercell abunəçiləri toplanan bonusları Umico mobil tətbiqi çərçivəsində həm fakturalı, həm də fakturasız xətt nömrələrinin balansına yükləyə bilərlər. 
 
Məlumat üçün vurğulayaq ki, layihə çərçivəsində şirkətin ilk təklifi cari ilin may ayından etibarən Azercell Mağazalarından alınan smartfon və aksesuarlar üçün 3.5% və 7.5% dəyərində keşbək verilməsi, həmçinin toplanan bonusun eyni mağazalarda alış-veriş zamanı xərclənə bilməsi olub.
 
AppStore və ya PlayStore-dan Umico mobil tətbiqini yükləyin və bu fürsətdən yararlanmağa tələsin!
 
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.1% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini, əhalinin 86.2%-ni əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol