• $
  • €
  • ₽
  • ₺
  • £

Hyundai “Bir maşın sevinc” adlı KSM layihəsi həyata keçirib

Hyundai “Bir maşın sevinc” adlı KSM layihəsi həyata keçirib
16.09.2019 21:00
"Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi "Auto Azerbaijan” şirkəti  sentyabrın 13-də "Bilik günü” münasibətilə "Bir maşın sevinc” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirib.  

Şirkət layihə çərçivəsində  Xaçmaz, Quba, Qusar rayonlarının ucqar kəndlərində yaşayan 40 nəfər aztəminatlı ailənin övladını yeni tədris ilində sevindirib. Hyundai sahibi könüllülərədən  və şirkətin səlahiyyətli şəxslərindən ibarət maşın karvanı Laza, Susay və Çarxı  kəndlərinə səfər edərək  1-4-cü sinif uşaqlarına məktəbli ləvazimatları hədiyyə edib.

Adətən belə yürüşlərdə nisbətən köhnə illərin buraxılışı olan avtomobillər iştirak edirlər. Lakin şirkətin yayımladığı video və şəkillərdən də göründüyü kimi yürüşdə 2019-cu il istehsalı Tam Yeni Santa Fe, Yenilənmiş Tucson, Yenilənmiş Elantra və Accent modelləri iştirak edib.

Şirkət  "Sən də varsan”, "Ailəsini qəzada itirmiş uşaqlara yardım” və "Yaşıl ofis” kimi KSM layihələri ilə diqqəti aktual mövzulara çəkə bilmişdir. Son zamanlar isə "Auto Azerbaijan” şirkəti müxtəlif maarifləndirici tədbirlər və vasitələrlə məktəbliləri əhatə edən layihələr etməkdədir. Belə ki, 2017-ci ildə həyata keçirilən "Zolağı Pozma” KSM layihəsindən sonra edilən bütün tədbirlər məktəblilərin maarifləndirilməsi yönündə olmuşdur. Bu ilin Yanvar ayında uşaqlar üçün "Yol Hərəkəti Qaydaları”  kitabı və müxtəlif tarixlərdə servis mərkəzinə təşkil olunan ekskursiyalar şirkətin bu sahəni prioritet sahə kimi seçdiyini göstərməkdədir. Şirkət rəsmiləri tərəfindən verilən məlumatda bu tip layihələrin bu ilin sonuna kimi davam edəcəyi bildirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol