Azərbaycanda ilk dərs günü ölən məktəbli ilə bağlı İNSANI SARSIDAN FAKTLAR

Dünən axşam saatlarında Şamaxı şəhərində 3-cü sinif şagirdi olan 9 yaşlı Yusif Nuriyevin yol qəzasında vəfat etməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
Anews.az Publika.az-a istinadan xəbər verir ki, avtomobilin vurub öldürdüyü Y.Nuriyev Şamaxı şəhər İnşaatçı qəsəbə orta məktəbinin 3-cü sinif şagirdi olub və dünən məktəbdə keçirilən Bilik Günü şənliyində iştirak edib. Tədris ilinin ilk dərs günü 5 saatlıq dərsdən çıxıb evə gedən Y.Vəliyev saat 16 radələrində yaşadığı evin qarşısında "Niva" markalı avtomobilin vurması nəticəsində dünyasını dəyişib.
Bildirilir ki, məktəblinin atası da keçən il göldə bataraq vəfat edib və anası 3 uşağını tək böyüdürmüş. Y.Nuriyevin böyük bacı-qardaşı da İnşaatçı qəsəbə məktəbində təhsil alır və o dərsdən sonra hər zaman bacı-qardaşı ilə birlikdə evə qayıdırmış.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























