• $
  • €
  • ₽
  • ₺
  • £

“Sağlam həyat tərzinin təşviqi” başa çatdı

“Sağlam həyat tərzinin təşviqi” başa çatdı
17.09.2019 16:45
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Müstəqil Dövlətlər Birliyi üzv dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə "ADDIM" Yaradıcı Gənclər Təşkilatının təşkilatçılığı ilə cari ilin 8-14 sentyabr tarixlərində təşkil olunan Gənc jurnalistlər, bloqqerlər, aktiv sosial şəbəkə istifadəçiləri üçün "Sağlam həyat tərzinin təşviqi” adlı beynəlxalq praktik təlim kursunun layihəsi yekunlaşdı. Tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızstan, Moldova, Rusiya, Tacıkistan, Türkmənistan və Ukraynadan 70-ə yaxın gənc iştirak edib.
 
Sentyabrın 13-də "Hyatt Regency Hotel"də baş tutan tədbirin bağlanış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Səhiyyə nazirinin müavini Rahim Əliyev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev və digər rəsmilər iştirak edib.
 
Təlim günlərində bloqqer, jurnalist və digər geniş izləyici kütləsi olan sosial şəbəkə istifadəçiləri bu mövzuda önəmli məqamlara toxunaraq təcrübələrini bölüşüblər. Tədbirin bağlanış günü isə iştirakçılar "sağlam həyat tərzinin təbliği" ilə bağlı hazırladıqları maarifləndirici xarakterli videoçarx və digər yaradıcı iş nümunələrini təqdim ediblər.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol