• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist İlqar Nəsibovu döyənlərdən biri həbs olundu

Jurnalist İlqar Nəsibovu döyənlərdən biri həbs olundu
29.05.2020 11:26
Avqustun 21-də Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinə hücum edərək qurumun rəhbəri Məlahət Nəsibovanın həyat yoldaşı, jurnalist İlqar Nəsibovu döyənlərdən biri, Fərid Əsgərov saxlanılıb. Naxçıvan Şəhər Polis İdarəsinin istintaq təhqiqat bölməsinin rəisi Nemət Cəfərov Məlahət Nəsibovaya bu barədə məlumat verib.Meydan TV-yə açıqlama verən Məlahət Nəsibova bildirdi ki, dəfələrlə onlar oxşar zorakılıqlarla üzləşiblər: "Amma istintaq işləri sona qədər aparmayıb, yəni kimisə 15 sutka saxlayandan sonra azad ediblər. Bizi maraqlandıran Fərid Əsgərovun arxasında kimlərin dayanmasıdır. Düzdür, o, bizim ofisə tez-tez gələrdi, atası da müxalifətyönlü insanlarla yaxın olub. İlqar deyir ki, o yaxınlaşanda telefonla kimdənsə təlimat alırdı. Telefonda açıq şəkildə "vur onu" sözlərini eşidirmiş".Məlumat Nəsibova Meydan TV-yə deyib ki, İlqar Nəsibovun hazırkı durumu çox ağırdır: "Qabırğaları zədələnib, körpücük sümüyü sınıb, böyük zərbələri başından alıb, burnu, almacıq və üst çənə sümüyü qırılıb. Təsəvvür edin ki, ağzına nəsə götürüb çeynəyə bilmir. Nəhayət, ən ağrılısı gözü açılmır...".Məlahət Nəsibova bildirib ki, xəstəxana təmir olduğundan İlqar Nəsibovu evə gətiriblər: "Çünki İlqarın toz-torpağa alergiyası var, hər dəfə açqırdıqca beyninə ziyan edir. Həkimlər artıq hərəkət etməmək üçün hələ onu Bakıya gətirməyə icazə vermirlər. Güman ki, 5-10 gün sonra bu barədə nəsə danışmaq olar" (avropa.info)ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol