• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan indiyədək Gürcüstana 3,2 mlrd. dollar investisiya yatırıb

Azərbaycan indiyədək Gürcüstana 3,2 mlrd. dollar investisiya yatırıb
17.09.2019 20:00
İndiyədək Azərbaycandan Gürcüstana 3,2 mlrd. ABŞ dolları investisiya yatırılıb və  Azərbaycan şirkətləri qonşu ölkədə əsas vergi ödəyicilərindəndir.

"APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanla əməkdaşlığın inkişafına böyük önəm verir və iki ölkə münasibətlərinin bütün istiqamətlərdə inkişafında maraqlıdır. Gürcüstan  Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi enerji, Bakı-Tbilisi-Qars kimi qlobal əhəmiyyətli nəqliyyat layihələri bunun mühüm göstəriciləridir.

"Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi artaraq 580 mln. dollara çatıb. 700-dən çox Azərbaycan şirkətinin Gürcüstanda uğurlu fəaliyyətini vurğulayan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, Azərbaycanda 300-dən artıq Gürcüstan şirkəti fəaliyyət göstərir”, - deyə, nazir qeyd edib.

Görüş zamanı Natiya Turnava bildirib ki, Azərbaycan regionda və dünyada nüfuzlu dövlətdir və ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır.
Gürcü nazir Azərbaycanın Gürcüstanla mühüm əhəmiyyətli regional və qlobal layihələrdə birgə iştirakını, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına iri həcmli investisiyaların yatırıldığını qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol