• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda dəhşətli hadisə - RƏSMİ AÇIQLAMA - HADİSƏNİN VİDEOSU

Bakıda dəhşətli hadisə - RƏSMİ AÇIQLAMA  - HADİSƏNİN VİDEOSU
17.09.2019 22:49
Bakının Nərimanov rayonunda dəhşətli hadisə baş verib.

Baku.ws xəbər verir ki, baş verən hadisənin görüntülərini "qaynar xətt”ə göndəriblər.

Videodan da göründüyü kimi "Şəki” restoranı yaxınlığında iki nəfər mübahisə edib. Onlardan birinin əlində bıçaq var və o, həmin bıçaqla digərini vurur.

Məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev sorğuya cavab olaraq bildirib ki, hadisə barədə məlumatları var.
"Yayılan vidoegörüntülərdən məlumatlıyıq, hadisə sentyabrın 11-də saat 10:30 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş verib.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-cü il təvəllüdlü Əvəz Abbasova daxilə nüfuz etməyən bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Saatlı rayon sakini 1985-cü il təvəllüdlü V.Hüseynov tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə Nərimanov RPİ İstintaq Şöbəsində cinayət işi başlanılıb, ekspertiza təyin olunub”, - deyə qurum rəsmisi bildirib.

E.Hacıyev əlavə edib ki, xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir, müalicə olunur:

"Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir.”



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol