Sumqayıt sakinini maşınında güllələdilər

Bu gecə Saray qəsəbəsi ərazisində güllələnmə hadisəsi baş verib.Axar.az xəbər verir ki, gecə 02:30 radələrində Sumqayıt şəhər sakini Emil Bayram oğlu Bayramov öz avtomobilində gedərkən naməlum şəxsin gülləsinə tuş gəlib. Qolundan yaralanan E.Bayramov Sumqayıt şəhər xəstəxanasına müraciət edib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.Abşeron Rayon Polis Şöbəsindən Axar.az-a bildirilib ki, E.Bayramova atəş açan şəxsin kimliyi hələ müəyyənləşdirilməyib. Araşdırma aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























