• $
  • €
  • ₽
  • ₺
  • £

Yediyimiz dönərlər... - Leş yığanlar əti 50 qəpiyə alırlar - VİDEO

Yediyimiz dönərlər... - Leş yığanlar əti 50 qəpiyə alırlar - VİDEO
19.09.2019 15:05
Yol kənarlarında, insan axınının çox olduğu yerlərdə dönərxanaların sayı hər ötən il daha da artır. Maraqlıdır ki, mal ətininin, toyuğun və müxtəlif ərzaqların qiyməti hər il artsa da, dönərin qiyməti dəyişmir - 1 manat. Bu isə bəzi alıcılarda müəyyən suallar yaradır. Yediyimiz ət nə ətidir ki, belə ucuzdur və dəyişmir?!

Anews.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Ətin kiloqramının 10-12 manat olduğu bu günlərdə paytaxtda 1 manata dönər satılır. Bəzi dönərxalarında isə hətta 1 manata dönərlə yanaşı, ayran da təklif olunur. Bu qiymətləri müqayisə edənlərdə isə şübhə yaranır. Görəsən, belə dönəri satanlar nə qazanc əldə edirlər ki, işlərinə davam edə bilirlər. Yoxsa onların satdığı ət heç də təmiz ət deyil?

Eyyub Hüseynov - Azad İstehlakçılar Birliyinin sədri: "Ölkədə leş yığanlar mafiyası var. Leş gətirilir, paytaxta, başqa yerlərə. Bu cür ətlər bir çox yerlərlə bərabər, dönərxanalara gedir. Leş yığanlar ətin 1 kiloqramını 50 qəpiyə, 1 manata alırlar.

Əkbər Əliyev: AQTA-nın regional bölməsinin rəisi: "Vətəndaşlar bu cür müəssisələrə müraciət edərkən,  ilk növbədə, ətin mənşəyini təsdiq edən sertifikatı tələb etmə hüquqları var. Əgər bu sənəd yoxdursa, deməli, artıq ətin mənşəyi məlum deyil. Vətəndaşlar bu cür ictimai iaşə müəssisələrindən məhsul almamalı və bu barədə agentliyə məlumat vermələri daha uyğun olardı".

Xatırladaq ki, bu günlərdə mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan 40 ton mənşəyi məlum olmayan, yararsız, ölü heyvan əti aşkar edilib. Bu cür yararsız ət məhsullarının dönərxanalara, şadlıq evlərinə və müəyyən kafelərə paylanması şübhələri var.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol