• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvan polisi jurnalist İlqar Nəsibovun döyülməsini araşdırır - FOTOLAR

Naxçıvan polisi jurnalist İlqar Nəsibovun döyülməsini araşdırır - FOTOLAR
22.08.2014 18:00
Naxçıvan Şəhər Polis İdarəsi jurnalist İlqar Nəsibovun döyülməsi ilə bağlı təhqiqata başlayıb. Bu haqda AzadlıqRadiosuna jurnalistin həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib. Onun sözlərinə görə, xəstəxanada müalicə olunan İlqar Nəsibovun izahatı alınıb, onun döyüldüyü ofisdə ekspertiza aparılır:«İlqarın xəsarətləri ilə bağlı da tibbi ekspertiza aparılır. Onun qaşına və gözünün altına 5 tikiş vurulub. Bədənində sınıqlar var. İlqar onu vuranlardan birini tanıyıb. Adı Fəriddir. Əvvəldən tanıdığı şəxsdir. Həmin şəxs həmişə özünü müxalifətçi kimi göstərib. Görünür sonradan ələ alıblar. İlqara ilk zərbəni vuran da o olub. Bu haqda izahatında da yazıb. Hazırda ofisdə qan izlərinin ekspertizası aparılır».Naxçıvan Şəhər Polis İdarəsi İstintaq və Təhqiqat bölməsinin rəisi Nemət Cəfərov təhqiqata başladıqlarını təsdiqləsə də geniş məlumat vermək istəmədi.

İlqar Nəsibov həmçinin Naxçıvanda fəaliyyət göstərən, Məlahət Nəsibovanın rəhbəri olduğu Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.

Məlahət Nəsibova AzadlıqRadiosuna bildirib ki, avqustun 21-də axşam radələrində Fərid adlı şəxs İlqar Nəsibovu evdən çağıraraq mərkəzin ofisinə gəlməyini istəyib. Onun sözlərinə görə, Fərid bir neçə nəfərlə İlqar Nəsibovu ofisdə döyüblər. Məlahət Nəsibova həyat yoldaşının döyülməsini mərkəzin fəaliyyətinə təzyiq kimi dəyərləndirir.İlqar Nəsibovun həmtəsisçisi olduğu Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi Norveç İnsan Haqları Evinin dəstəyi ilə fəaliyyət göstərir. Mərkəzin rəhbəri Məlahət Nəsibova 2009-cu ildə Norveç Rafto Fondunun mükafatını alıb.AzadlıqRadiosu İlqar Nəsibovun döyülməsi ilə bağlı Norveç səfirliyinin də münasibətini öyrənməyə çalışıb. Səfirlikdən bildiriblər ki, səfir hazırda Bakıda olmadığından bu məsələ ilə bağlı rəy verə bilməyəcəklər.  ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol