• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: “Pedaqoji universitetin layihəsi hazırlanır”

Nazir: “Pedaqoji universitetin layihəsi hazırlanır”
22.08.2014 14:53

Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görüləcək işlər açıqlanıb. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan müəllimi" qəzetinə müsahibəsində bildirib ki, Təhsil Nazirliyi gənclərdə bu peşəyə maraq yaratmağa çalışır. Onun sözlərinə görə, bu istiqamətdə dövlət başçısının şəxsi nəzarəti altında pedaqoji universitetin kampusunun layihəsi hazırlanır. Nazir vurğulayıb ki, orada gələcək müəllimlərin dünyagörüşünün formalaşdırılması və keyfiyyətli təhsil almaları üçün mühit yaradılacaq: “Paralel olaraq, bu ildən müəllimlik ixtisasları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin həvəsləndirmə proqramına başlamışıq. Qarşıdan gələn dərs ilindən qəbul imtahanlarında yüksək nəticə göstərən 300 tələbəyə, əlavə olaraq, 100 manat xüsusi təqaüd veriləcək. Biz hesab edirik ki, bu  tədbir gənc müəllimlər üçün əlavə stimul rolunu oynayacaq. Müəllimlərin karyera inkişafı üçün də real addımlar atmışıq. Yaxın vaxtlarda bunu elan edəcəyik”.

 

M.Cabbarov təhsil sistemində ənənəvi metodika və prinsiplərdən yeni sistemə keçid prosesi barədə də məlumat verib. Nazirin sözlərinə görə, yeni sistemə - kurikuluma keçid istədikləri səviyyədə olmayıb. Səbəblərin çox olduğunu deyən təhsil naziri qeyd edib ki, bunlara müəllimlər lazımi səviyyədə hazırlanması, yeni müəllimlərin hazırlığında və dərsliklərin məzmununda müvafiq dəyişikliklər edilməsi və digər amillər daxildir: “Bəs, buna görə prinsiplər günahkar sayılmalıdırmı? Əsla belə deyil. Prinsiplərdə heç bir problem yoxdur. Müasir təhsil sistemi artıq "informasiyanı öyrəndin, soruşdular, qiymətləndirdilər" üsulundan çoxdan uzaqlaşmışdır. İnformasiya əldə etmək üçün "Google", "Wikipedia" var. Bu  o deməkdir ki, uşaqlarda "yadda saxlamaq" bacarığı inkişaf etdirilməsin? Sözsüz, bu belə deyil. Proqramın dəyişilməsi üçün tədbirlər görülür və biz artıq bu istiqamətdə çalışırıq. Qarşıdan gələn dərs ilində biz artıq müəyyən məsələlərlə bağlı fikrimizi bildirəcəyik. Növbəti ildən isə yeniliklərin tətbiqinə başlayacağıq”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol