• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qonşusunu öldürdükdən sonra intihar edən şəxslə bağlı ŞOK FAKTLAR

Bakıda qonşusunu öldürdükdən sonra intihar edən şəxslə bağlı ŞOK FAKTLAR
23.09.2019 11:42
Bakı şəhər Sabunçu rayonunda 2 nəfərin öldüyü dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Bilgəh qəsəbəsi, 28 May küçəsində 1977-ci il təvəllüdlü Abbasov Zakir Akif oğlunu çoxsaylı bıçaq zərbələri ilə öldürüb sonra intihar edən 1957-ci il təvəllüdlü Rzayev Sərvər Əlibaba oğlunun Ukrayna vətəndaşı olduğu müəyyənləşib.

İlkin araşdırmalar zamanı məlum olub ki, S.Rzayev xeyli müddət əvvəl ailəsi ilə birlikdə Ukraynaya köçeb və həmin ölkədə işləyib. Bir müddət sonra onun sinir sistemində xəstəlik yaranıb. Müalicə olunmaq üçün Bakıya qayıdan Sərvər Rzayevin yenidən Ukraynaya getmədiyini görən ailəsi də Azərbaycana köçüb. Lakin burada onun müalicəsi baş tutmayıb. Belə ki, S.Rzayev xarici ölkə vətəndaşlığını qəbule tdiyindən onun stasionar müalicəyə yazılması və ruhi-əsəb xəstəxanasında saxlanmasında əngəllər üzə çıxıb.

Geridə qalan müddətdə xəstəliyi daha da şiddətlənən Sərvərin ailəsində də söz-söhbətlər yaranıb. Son olaraq sentyabrın 21-də evdə bilək damarlarını kəsən kişi küçəyə çıxaraq əlindəki bıçaqla qarşısına çıxan ilk insan olan Zakir Abbasova zərbələr endirib. O, daha sonra yaxınlıqdakı transformator kabinəsinə daxil olaraq yüksək gərginlikli elektrik xəttinə toxunaraq intihar edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol