• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının tərcümə mərkəzləri xaos, itirən müştəri olur...

Bakının tərcümə mərkəzləri xaos, itirən müştəri olur...
24.09.2019 10:41
Bakıda hər addımbaşı tərcümə mərkəzinə rast gəlirik. Bu mərkəzlərdə müştəri qıtlığı heç vaxt duyulmur. Kimi hüquqi sənəd, kimi elmi iş, kimi isə xarici ölkəyə getmək üçün tələb olunan materialı tərcüməyə verir. Tərcümə mərkəzləri bir növ müştəri və tərcüməçi arasında körpü rolunu oynayır.  Bəs tərcüməçi ilə tərcümə mərkəzlərinin münasibətləri necə tənzimlənir? Tərcüməçi öz əməyi müqabilində layiqli qonorar ala bilirmi? Anews.az məsələ ilə bağlı kiçik bir araşdırma edib.

Tərcüməçi İsmayıl İsmayılov bildirir ki,  sifarişi adətən tərcümə mərkəzindən alır: "Tərcüməçi sifariş tapmaqda çətinlik çəkir. Buna görə də tərcümə mərkəzi ilə işləməyə məcbur olur. Mərkəz sifarişi tapır, sonra həmin istiqamət üzrə tərcüməçi ilə əlaqə saxlayır. Razılaşma əldə olunduqdan sonra tərcüməçi ona deyilən müddətdə işi görüb təhvil verməlidir. Tərcümə mərkəzləri ilə bir sıra problem yaşanır. Birincisi, tərcümə sahəsinin qaydaları hələ indiyə kimi Azərbaycanda dəqiq təyin olunmayıb. Bizdə hər hansı bir tərcümənin doğru-düzgün dəyərləndirmə meyarı yoxdur. Tərcümə mərkəzlərinin qaydalarına görə, mətnin qiyməti ya sözlə, ya da işarə ilə təyin edilir. Bir səhifə 1800 işarə ilə hesablanır, qiymət onunla müəyyənləşir. Tərcümə işi standart olmadığına görə hər mətnin öz çətinliyi var. Ola bilər tərcüməçi bir mətnə bir-iki saat, ola bilər iki gün vaxt sərf eləsin. Hər iki halda qiymət eyni olur”.

Tərcüməçinin fikrincə, mərkəzlər iki işi birləşdirib bir qiymətə elətdirmək istəyirlər: "Çox vaxt mərkəz bir tərcüməni bir nəfərə verir ki, elə onunla məsələ bitsin. Amma burada iki növ iş var: redaktə və tərcümə. Şirkət isə çalışır işi də bir adama tapşırsın, eləcə bir qiymətlə iki işi gördürsün. Amma hər tərcüməçi bunu bacarmır. Kimsə tərcümə edə bilər, amma yaxşı redaktor olmaya bilər. Həm də redaktənin qiyməti ayrı olmalıdır. Bu da nəzərə alınmır. Tərcümə mərkəzləri ilə işləmək ona görə çətindir ki,  tərcüməçini tələsdirir, məbləğ ödəməyə gələndə isə tərcüməçi aylarla gözləməli olur.  Mərkəzlə  tərcüməçilər arasında  münasibətlər tənzimləməyib. Bəzən tərcümə prosesinin şərtləri çox ağır olur. Təcili tərcümə tələb edilsə də tərüməyə redaktə olunmamış mətnlər verilir. Belə mətni tərcümə eləmək isə çox vaxt tələb edir.  Hərdən reklam mətnləri gəlir. Reklam mətnini tərcümə eləmək ayrı bir sahədir. Dünyanın hər yerində reklam mətni üçün xüsusi bir komanda işləyir. Bizim tərcümə mərkəzləri hətta bu işi də bir adama tapşırır. Hesab edirəm ki, tərcümə sahəsində kifayət qədər problem var”.

Tərcüməçi Ellada Hacıyeva da vaxtilə tərcümə mərkəzləri ilə əməkdaşlıq edib: "Mən bir ara tərcümə mərkəzində işləmişəm və razı qalmamışam. Əgər universiteti təzə qurtarmısansa və təcrübə yiğmaq istəyirsənsə, o zaman belə mərkəzdə işləmək sərf edir. Tərcümə edə-edə təkmilləşirsən. Amma artıq təcrübəli insana orada işləmək əl vermir. Devalvasiya dövründən əvvəl vərəqi 7-8 manata işləyəndə, sərf edirdi. Sonra bu bir az çətinləşdi. Bir vərəq tərcümə 4-5 manat arası oldu.   Bir ara şirkətlər ştata adam götürürdü, amma stabil maaş olmurdu. Nə qədər tərcümə elədin, ona görə də pul ayrılırdı. Belə mərkəzlərdə maaş həmişə aşağı olur: 250-300 manat. Bir də mərkəzdə müştəriyə söz verirlər ki, bir saata tərcüməni təhvil verəcəyik. Amma o bir saata tərcüməçini tapıb tez tərcümə edənə qədər keyfiyyətsiz iş alınır. Alınan məbləğın 25 faizinin tərcüməçiyə, 75 faizinin isə mərkəzə çatdığını bilirəm”.

"İdeya” tərcümə mərkəzinin layihə rəhbəri Nərmin Əlizadə tərcümə işinin incəlikləri haqqında bunları söylədi "Proses müştərinin müraciəti ilə başlayır. İstər e-mail vasitəsilə, istərsə zəng edərək bizə tərcümə materialı göndərilir. Ondan sonra biz mətnə baxıb qiymətləndiririk. Müştəri qiyməti təsdiq edəndən sonra tərcümə işinə başlayırıq. Azərbaycanda yeganə mərkəzik ki, ödənişi "milli ön” və "E-manat” aparatları ilə həyata keçirmək olur. Hər bir tərcümə mərkəzinin ştatda və ştatdankənar işçisi olur. Əgər ştatdakı işçilərin əlində iş çox olursa, əlavə tərcüməçiyə müraciət edirik. Ştatdakı işçi ilə xidməti müqavilə bağlanır. Bizdə maaş 500-700 manat arası dəyişir. Bütün tərcümə mərkəzlərinin ayrıca redaktoru olur. Redaktor işini tərcüməçi görə bilməz. Buna görə çox vaxt tərcümə mərkəzlərini atəşə tuturlar ki, mətni yaxşı tərcümə eləmədilər. Baha başa gəlsə də, redaktor mütləq olmalıdır. Bəziləri bir az kurs keçməklə özünə tərcüməçi deyir. Bu doğru deyil. Tərcümələr fərqli olduğuna görə qiymət də ona uyğun dəyişir. Elmi materialı tərcümə etmək daha çətindir. Bu cür tərcümənin qiyməti bahadır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol