• $
  • €
  • ₽
  • ₺
  • £

3 ton narkotika ilə bağlı RƏSMİ AÇIQLAMA

3 ton narkotika ilə bağlı RƏSMİ AÇIQLAMA
22.08.2014 11:57
Azərbaycan-Gürcüstan sərhədində gürcü sərhədçilərinin aşkarladığı külli miqdarda, 3 tona yaxın maye-heroinin hansı ölkəyə aparılması açıqlanıb.Bu barədə Gürcüstan DİN nəhayət ki, "Bizim Yol" qəzetinin sorğusuna rəsmi cavab verib. “11 iyul 2014-cü ildə Respublika Gəlirlər Xidmətinin gömrük departamentindən alınan yazılı məlumat əsasında, Gürcüstan kriminal polisi Baş İdarəsində qeyri-qanuni beynəlxalq narkotik tranziti faktı əsasında, Gürcüstan CM-nin 2620ci maddəsinin tələblərinə uyğun olaraq, 009110714004 nömrəli  cinayət işi açılmış və istintaq başlanmışdır", -deyə sorğuya cavabında Gürcüstan DİN administrasiyasının rəis müavini Giorgiy Saxokia bildirir. Onun sözlərinə görə, 12 iyul 2014-cü ildə Batumidə, Senaki-Poti-Sarpi magistralının 106-cı kilometrində yerləşən gömrük departamenti zonasında keçirilən operativ-əməliyyat və istintaq tədbirləri nəticəsində külli miqdarda narkotik maddələrin tranzit yolu ilə daşınması faktı üzrə 3 nəfər saxlanılmışdır: "Onlardan ikisi Gürcüstan, biri isə Türkiyə vətəndaşıdır. Saxlanılanlar haqqında Gürcüstan CM-nin 262-ci maddəsinin 3 və 4-cü bəndlərinə uyğun olaraq həbs qətimkan tədbiri seçilmişdir". DİN administrasiyasının rəis müavini bildirib ki, yük Gürcüstana Türkiyə ərazisindən göndərilib, İran və Azərbaycan ərazisindən keçməklə ölkəyə gətirilməsi planlaşdırılıbmış. Sənəddə yük gigiyena vasitəsi - maye-sabun kimi göstərilibmiş: "Yükün son ünvanı Moldova Respublikası göstərilib. Ekspertizanın rəyinə görə, məhlul narkotik maddə olan heroindən ibarət idi. Hazırda 009110714004 nömrəli cinayət işi üzrə digər iştirakçıların aşkar edilib saxlanılması istiqamətində bu cinayət işində adı hallanan dövlətlərin, o cümlədən Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində istintaq tədbirləri, birgə araşdırmalar davam edir".ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol