Zahid Oruc: Taleyüklü məsələlər ortaya çıxıb

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən müntəzəm olaraq, sosial-siyasi durum və proseslərin dinamikası ilə bağlı təhlillər, açıq və qapalı analitik hesabat və arayışlar hazırlanıb, ali rəhbərliyə, müvafiq dövlət orqanlarına təqdim olunub.
"2019-cu ilin başlanması ilə ölkədə həyata keçirilən yeni kursun başlıca konturlarını müəyyənləşdirməyə çalışdığımız zaman hər birimiz üçün son dərəcə taleyüklü çağırışlar meydana çıxıb”, - deyə Z.Oruc əlavə edib:
O bildirib ki, STM-in vəzifələri sırasında cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, təklif və proqnozları Azərbaycan Prezidentinə təqdim etmək dayanır.
Z.Oruc qeyd edib ki, ölkə miqyasında tədqiqatlarla bağlı qurumların ümumi mənzərəsini təhlil etməyə çalışıblar.
"Bu sahədə əlaqələndirmə və sıx koordinasiyaya olan ehtiyacın qarşılanması üçün tədbirlərin hazırlanmasına, ölkədə sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqda mötəbər sosial məlumat data bazasının yaradılmasına başlanılıb.
Mərkəzin elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlər üstünlük təşkil edib. O cümlədən, iqtidar və cəmiyyət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsi, dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi, sosial ictimai münasibətlərin aktual mövzularının tədqiqi yönündə mühüm addımlar atılıb.
Z.Oruc hazırda tədqiq edilən aktual mövzulardan bəzilərinə də diqqət çəkib:
"Bura məmur-vətəndaş münasibətlərinin vəziyyəti, onun təkmilləşməsi yolları daxildir. Həmçinin, burada vətəndaşlara xidmətin keyfiyyətin qiymətləndirilməsi, sosial təbəqələşmə və regionlarda sosial proseslər, paytaxtda, bölgələrdə gənclərin ictimai maraq, siyasi və digər mənafelər baxımından həssas ideya, baxışların tədqiqi, özünüməşğulluğun monitorinqi, əhalinin gəlirləri arasında fərqlər, cəmiyyətdə dialoq mühitinin formalaşdırılması yolları, vətəndaşların informasiyaya əlçatanlığının araşdırılması, xarici təsirlərin öyrənilməsi, sosial gərginlik meyillərinin səbəbləri və xüsusiyyətləri var”.
"Azərbaycanın elmi cəmiyyətinin kiçik bir hissəsinin tanıdığı, xalqınsa böyük əksəriyyətinin tanımadığı böyük alim əvəzsiz bir elmi xəzinə yaradıb. Yalnız Prezident İlham Əliyev alimin böyük irsinə dəyər verib, sözügedən şəxsi dövlət mükafatlarına layiq görüb. Sosial Tədqiqatlar Mərkəzində də bu böyük ensiklopedik şəxsin adına mükafat təsis edilib. Bu mükafat gələcəkdə tədqiqatçılara veriləcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























