• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Usubov dələduz polkovniki işdən qovdu - FOTO

Ramil Usubov dələduz polkovniki işdən qovdu - FOTO
22.08.2014 11:11
“Aranızda olan mülki mübahisənin həllinə təşəbbüs göstərmədiyinə görə, Fuad Əliyev DİN-in müvafiq əmri ilə işdən azad olunub”.Nərminə Əhmədovanın Axar.az-a verdiyi məlumata görə, bu məzmunlu sözlər DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi general Rasim Musayevin imzası ilə onun şikayətinə göndərilən cavab məktubunda qeyd olunub. İdarə şikayətçinin etdiyi müraciətdə Gəncə şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi piolkovnik-leytenant Fuad Əliyevin 30.820 manat pulunu dələduzluqla ələ keçirməsi və digər qanunsuz hərəkətləri ilə bağlı ittihamlarının həqiqəti əks etdirmədiyini də açıqlayıb. Buna baxmayaraq, mülki mübahisəni həll etmədiyi üçün polkovnik-leytenant işdən qovulub.Xatırladaq ki, Nərminə Aladdinovna Əhmədova adlı vətəndaş saytımıza müraciətində bildirmişdi ki, Gəncə Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi polkovnik-leytenant Fuad Gündüz oğlu Əliyev onun 35.820 manat pulunu mənimsəyib. N.Əhmədova F.Əliyevə pulu bank vasitəsi ilə verdiyini təsdiqləyən qəbzləri də redaksiyaya təqdim etmişdi və hüquqlarının bərpası üçün Baş Prokurorluğa və DİN rəhbərliyinə yazılı qaydada müraciət ünvanlanlamışdı.Polkovnik-leytenant Fuad Əliyev isə Axar.az-a açıqlamasında borc aldığı pulu qaytarmasına baxmayaraq, Nərminə Əhmədovanın ondan əl çəkmədiyini, onu şantaj etdiyini bildirmişdi.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol