Vurğun Əyyubla vida mərasimi keçirilir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri, Azərbaycan Demokratiya və Rifah ADR Hərəkatı sədrinin 1-ci müavini, dosent Vurğun Əyyubla vida mərasimi keçirilir.
Anews.az xəbər verir ki, mərasimdə mərhum V.Əyyubun ailə üzvləri, xalq şairi Sabir Rüstəmxanlı, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər, millət vəkilləri Fazil Mustafa və Aqil Abbas, Pənah Hüseyn, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, keçmiş təhsil naziri, professor Firudin Cəlilov, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Müsavat Partiyasının sədri Arif Hacılı, KAXCP sədri Mirmahmud Mirəlioğlu, professor Adil Qeybulla, digər siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, 1957-ci il təvəllüdlü Vurğun Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























