• $
  • €
  • ₽
  • ₺
  • £

Məryəm Mirzəxani: Mənim Azərbaycanla bağlılığım yoxdur

Məryəm Mirzəxani: Mənim Azərbaycanla bağlılığım yoxdur
22.08.2014 00:11

“Ailəmdə azərbaycanlı mövcud deyil”.

Avqustun 12-də riyaziyyat sahəsində nüfuzlu beynəlxalq “Filds” medalı gənc ABŞ professoru Məryəm Mirzəxaniyə verildi. 

Xəbər yayılandan dərhal sonra 37 yaşlı alimin mənşəyi Azərbaycanda çoxlarında maraq doğurdu. Bəzi media qurumları bu mükafatın ilk qadın laureatı olan Məryəm Mirzəxaninin İran azərbaycanlısı olduğunu yazdı.

Məsələyə aydınlıq gətirmək üçün “Azadlıq” radiosu Məryəm Mirzəxaninin bilavasitə özünə müraciət edib. Medianın xəbərlərini təkzib edən Məryəm Mirzəxani deyib: 

“Bildiyim qədər, mənim Azərbaycanla heç bir bağlılığım yoxdur. Ailəmdə azərbaycanlı mövcud deyil, nənə və babalarım Tehran yaxınlığında yerləşən kənddəndirlər”.

Onun azərbaycanlı olması haqda məlumatların haradan qaynaqlanmasından xəbərsiz olduğunu bildirən gənc professor əlavə edib: 

“Əlbəttə ki, Tehranda böyüdüyüm üçün mənim çoxlu yaxşı azərbaycanlı dostlarım var və mənim bu kültürə böyük hörmətim var. Bütün hallarda hesab edirəm ki, belə məsələlərin əhəmiyyəti böyükdür”.

Qeyd edək ki, 40 yaşa qədər riyaziyyatçı alimlərə verilən “Filds” medalı əhəmiyyətinə görə az qala Nobel mükafatına bərabər tutulur.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol