• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda sakinləri qorxuya salan qəribə hadisə - polis hərəkətə keçdi - VİDEO

Bakıda sakinləri qorxuya salan qəribə hadisə - polis hərəkətə keçdi - VİDEO
26.09.2019 09:58
Abşeron rayonunun Digah qəsəbəsində qeyri-adi hadisələr baş verib.
Anews.az xəbər verir ki, bu barədə "Report”a müraciət edən sakinlər bildirib ki, 20 gündür gecələr naməlum şəxs və şəxslər tərəfindən narahat edilirlər.

Belə ki, naməlum şəxslər gecə saatlarında yerli sakinlərin evlərinə gəlib, qapı-pəncərələrinə, damlarına daş atıb qaçırlar.

Qəsəbə sakini Vəli Salmanzadə deyib ki, sentyabrın 22-də axşam saatlarında evinin pəncərəsindən naməlum şəxs otağın içərisinə baxıb, övladını qorxudub:

"Həmin vaxt oğlum otaqda tək idi. Kimsə pəncərədən otağın içərisinə baxırdı. Bu vaxt oğlum qışqırıb məni çağırdı. Mən də həmin şəxsin arxası ilə qaçanda yerə yıxıldım və ayağım sındı”.

Digər sakinlərin sözlərinə görə, qəsəbədə hər gecə, təxminən, onlarla evin qapı-pəncərələrinə daş atılıb, insanları qorxudublar: "Heç kəs onları tuta bilmir, bir anlıq gözlərdən yayına bilir. Gecələr uşaqlar evdə yata bilmir, səhərə qədər oyaq qalırıq”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Report”a deyib ki, qəsəbə sakinləri tərəfindən onları hər gecə narahat edən hallarla bağlı Nazirliyin "102” Zəng Mərkəzi Xidmətinə müraciətlər daxil olub.

O qeyd edib ki, məsələ Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb, qəsəbə ərazisində polis nəzarəti gücləndirilib: "Araşdırmalar nəticəsində qeyd olunan neqativ əməllərə yol verən şəxslərdən biri - qəsəbənin "Yeni tikili" adlı massivində yaşayan 27 yaşlı Heydər Həşimov müəyyən edilərək saxlanılıb”.

O.Mansurzadə deyib ki, həmin şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə H.Heydərovun barəsində 30 sutka müddətinə inzibati qaydada həbs qərarı çıxarıb.

O.Mansurzadənin sözlərinə görə, Digah qəsəbə sakinlərinin narahatlığına heç bir əsas yoxdur: "Hazırda rayonda olduğu kimi, qəsəbə ərazisində də əməliyyat şəraiti fasiləsiz izlənilərək nəzarət olunur, həmçinin post patrul xidmətinin naryadları gücləndirilib. Vətəndaşlardan xahiş olunur ki, analoji hərəkətlərə yol verən, sakinlərdə qorxu və çaşqınlıq yaratmaq istəyən şəxslər və bu kimi digər hallar barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzi Xidmətinə və aidiyyəti üzrə polis idarəsi və bölməsinə müraciət etsinlər”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol