• $
  • €
  • ₽
  • ₺
  • £

AKB yeni layihəyə start verib

AKB yeni layihəyə start verib
26.09.2019 22:00
Azərbaycan Kredit Bürosunda (AKB) yeni skorinq xidmətinin hazırlanmasına başlanılıb.
AKB-dən "APA-Economics”ə verilən məlumata görə, yeni skorinq modelinin hazırlanması Türkiyənin "Kredi Kayıt Bürosu”nun (KKB) komandası tərəfindən AKB ilə birgə həyata keçirilir. Bununla bağlı adıçəkilən təşkilatla 1 avqust 2019-cu il tarixində müqavilə imzalanıb. KKB-nin mütəxəssislərindən ibarət komanda heyəti sentyabr ayından AKB-də müvafiq işlərə başlayıb.
Yeni xidmət AKB-də kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalan davranışlarının öyrənilməsini, əldə edilən nəticələr əsasında fərdi reytinqlər üzrə modelin hazırlanması və tətbiqini nəzərdə tutur. Həyata keçirilən layihə kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsi, əməliyyat xərclərinə qənaət edilməsi, kredit risklərinin azaldılması, habelə borcalanların maliyyə intizamının möhkəmləndirilməsinə xidmət edəcək.

Layihə planına əsasən, müvafiq xidmət 2020-ci ilin aprel ayından etibarən istifadəyə veriləcək. Bu xidmətdən AKB-yə üzv təşkilatlarla yanaşı, kredit tarixçəsi subyektləri də istifadə edə biləcəklər.
Qeyd edək ki, KKB Türkiyənin qabaqcıl 9 bankı tərəfindən 1995-ci ildə təsis edilib. Türkiyə bazarında uğurla istifadə edilən skorinq modelləri KKB-nin müvafiq komandası tərəfindən hazırlanır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol