• $
  • €
  • ₽
  • ₺
  • £

Əsgəri 4 ayda 32 dəfə evə buraxan komandirin CAVABI

Əsgəri 4 ayda 32 dəfə evə buraxan komandirin CAVABI
29.05.2020 00:16
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Penitensiar Xidmətin hərbi hissəsinin sabiq bölük komandiri Kazım Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Anews.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən İsrafil Vəliyev bildirib ki, K.Həsənovun komandir olduğu bölükdə əsgər olub: "Üç dəfə şəhər buraxılışına, bir dəfə uzunmüddətli məzuniyyətə getmişəm. Buna görə komandirə heç nə verməmişəm. Başqalarının da pul verməsindən xəbərim yoxdur".

Şahid İxtiyar Məmmədov, Fədai Tapdıqov, Sahib Tapdıqov və Nicat Süleymanov da oxşar ifadə veriblər.
Daha sonra sənədlərin tədqiqi mərhələsində məlum olub ki, əsgərlərdən biri dörd ay ərzində 32 dəfə şəhər buraxılışına gedib. Hakim həmin əsgərin bu qədər buraxılışda olmasının səbəbini soruşub.
Təqsirləndirilən K.Həsənov bildirib ki, həmin əsgər hərbi hissəyə yaxın ərazidə yaşayıb: "Həmçinin, nümunəvi xidmətinə görə çox buraxılıb".
Hakim digər əsgərlərə nə qədər buraxılış verilməsini aydınlaşdırmaq üçün növbəti prosesdə buraxılış qeydiyyatı kitabının tədqiq ediləcəyini bildirib.
Proses oktyabrın 1-nə təyin edilib.
Qeyd edək ki, K.Həsənov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilirRəsmi ittihama görə, K.Həsənov tabeliyində olan əsgərlərdən həftəsonu buraxılışı üçün 30-40 manat məbləğində rüşvət alıb.
İttihama münasibət bildirən K.Həsənov özünü qətiyyən təqsirli bilməyib.
O deyib ki, ittiham verilmədən öncə hərbi hissədə insident yaşanıb və əsgərlərdən biri o birinə güllə atıb. Sözügedən hadisə ilə bağlı araşdırma aparılarkən rüşvət faktı ilə bağlı ayrıca cinayət işi başlanıb və K.Həsənova ittiham irəli sürülüb.
Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol