• $
  • €
  • ₽
  • ₺
  • £

Rektorlar Təhsil Nazirliyinin Kollegiyasından çıxarıldı

Rektorlar Təhsil Nazirliyinin Kollegiyasından çıxarıldı
21.08.2014 17:48
Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının tərkibi haqqında” 2007-ci il 12 mart tarixli qərarında dəyişiklik edib.APA-nın məlumatına görə, Təhsil Nazirliyinin Kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib.Kollegiyanın sədri təhsil naziri Mikayıl Cabbarov, Kollegiyanın üzvləri  təhsil nazirinin müavinləri Ceyhun Bayramov, Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Təhsil Nazirliyi Aparatının rəhbəri Mətin Eynullayevdir.Nazirlər Kabinetinin qərarında Təhsil Nazirliyinin Kollegiyasının üzvlərindən 2-nin adı yer almayıb. Gələcəkdə Təhsil Nazirliyinin təklifi ilə iki nəfərin də adı Kollegiyanın üzvləri sırasına daxil edilə bilər.Xatırladaq ki, bundan əvvəl Təhsil Nazirliyinin Kollegiyasının tərkibi 13 nəfərdən ibarət olub. Bura təhsil naziri, təhsil nazirinin 4 müavini, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri, Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti və  Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları, Azərbaycan Təhsil Problemləri İnstitutunun direktoru daxil olub.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol