İstirahət günlərində hava necə olacaq?

İstirahət günlərinin hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Lənkəran-Astara bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 28-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























