Azərbaycanda sabiq polis mayoru yol qəzasında ölüb

Azərbaycanda sabiq polis ağır yol qəzası törədib.APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 20-də saat 07 radələrində Ağdaş rayonunun Abad kəndində qeydə alınıb. Bakı şəhər sakini Müşfiq Cəfərov idarə etdiyi “Hyundai” markalı avtomobili kanala aşırıb və o aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
APA-nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən M. Cəfərov sabiq polis mayorudur. O, fizika-riyaziyyat elmləri doktoru, professor İsgəndər Cəfərovun oğludur.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























