• $
  • €
  • ₽
  • ₺
  • £

Üç uşaq anası evdən qaçmaq üçün ssenari qurub - TƏFƏRRÜAT

Üç uşaq anası evdən qaçmaq üçün ssenari qurub - TƏFƏRRÜAT
28.09.2019 12:16
Gəncədə üç uşaq anasının evdən qaçmasının təfərrüatı məlum olub.

Oxu.Az xəbər verir ki, Vüsalə Hüseynova sentyabrın 21-də axşam saatlarında evdən çıxaraq, rəfiqəsinin həyat yoldaşı ilə Bakı şəhərinə gəlib. 
Məlum olub ki, V.Hüseynova ailəsində yaranan problemlərə görə evdən qaçıb. Bir neçə gündür Bakıda rəfiqəsigildə qalıb. 

Qadının rəfiqəsinin həyat yoldaşı V.X. bildirib ki, V.Hüseynovanı əvvəllər tanımayıb. Həyat yoldaşı dəfələrlə ona V.Hüseynovanın problemlərindən danışsa da, o, ailənin dağılmasını istəməyib.

Sonda V.Hüseynova evdən çıxıb naməlum istiqamətə gedəcəyini bildirib. V.X. onun Bakı şəhərində onlarda qalmağına icazə verib. 
Təkidlərə baxmayaraq, V.Hüseynova evə dönmək istəmədiyini bildirib.

V.Hüseynov evdən gedərkən onun oğurlanması ehtimal edilsin deyə ssenari qurub. Belə ki, onun həyat yoldaşı Ramin Hüseynov işdən evə qayıdan zaman həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb. 
Araşdırma zamanı şüşənin qadının rəfiqəsinin yoldaşı V.X. tərəfindən əli ilə sındırıldığı müəyyənləşib. 
Qeyd edək ki, V.X dünən əlinin sarğısını xəstəxanada dəyişdirən zaman polis ona şübhəli şəxs kimi yaxınlaşıb. O, polisləri evə apararaq, V.Hüseynovanı polisə təhvil verib. 

Xatırladaq ki, sentyabrın 21-i V.Hüseyovanın yaxınları onun oğurlanmasını ehtimal edib polisə müraciət ediblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol