• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "səliqəli" oğrunun məhkəməsi başlayır

Bakıda "səliqəli" oğrunun məhkəməsi başlayır
28.09.2019 15:53
Bakıda silsilə oğurluq hadisələri törətməkdə təqsirləndirilən Emin Cabbarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

"Report"un xəbərinə görə, cinayət işi baxılması üşün Xətai Rayon Məhkəməsinə göndərilib. Hakim Cavid Hüseynin icraatında olan iş üzrə hazırlıq iclası oktyabrın 7-də keçiriləcək.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş paytaxt sakini Emin Cabbarov Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb. O, ifadəsində Xətaidə 4, Yasamal rayonunda isə 1 mənzildən oğurluq etdiyini bildirib. E.Cabbarov, əsasən, günorta saatlarında ev sahiblərinin işdə olduğu vaxtlarda mənzillərdən pul və qızıl-zinət əşyaları oğurlayıb.

Saxlanılan şəxs ifadəsində qeyd edib ki, oğurluqlar zamanı ev sahiblərini şübhələndirməmək üçün mənzildə qiymətli əşyalar axtararkən ətrafı dağıtmayıb. Səliqəli şəkildə mənzili axtaran E.Cabbarov pul və qızılı götürəndən sonra hadisə yerlərindən uzaqlaşırmış.

Əlavə edək ki, 1977-ci il təvəllüdlü Cabbarov Emin İsgəndər oğlu sonradan Binəqədi Rayon Polis İdarəsində dindirilərkən bıçaqla özünə xəsarət yetirib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol