• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin telefonunun xüsusi özəllikləri var - Digər telefonlardan fərqi - FOTO

Putinin telefonunun xüsusi özəllikləri var - Digər telefonlardan fərqi - FOTO
28.05.2020 22:47
Rusiya prezdenti Vladimir Putin öz kabinetindən kənarda telefon danışıqları üçün sadə mobil telefon deyil, xüsusi işlənib hazırlanmış cihazdan istifadə edir. O, adi telefonlardan "xeyli qalındır” və bir neçə qat mühafizə sisteminə malikdir.

Virtualaz.org xəbər verir ki, bu barədə Kremldəki məlumatlı mənbə "Moskovskiy komsomolets” qəzetinə bildirib.
"Cihazda bir neçə səviyyəli mühafizə var, o cümlədən siqnalı yanıltmaq və dinləmənin qarşısını almaq üçün. Dövlət rəhbərinin rəsmi telefon danışıqlarının dinlənilməsi ehtimalı sıdırdır. Ümumiyyətlə, Federal Mühafizə Xidmətinin xüsusi rabitəsi hərbi peyklərdən istifadə edir. Siqnal hətta ələ keçirilsə belə, məxfi metodlarla şifrələnib. Onun deşifrə edilməsinə illərlə vaxt lazım ola bilər”,-mənbə Rusiya və ABŞ prezidentlərinin telefon danışıqlarının Birləşmiş Ştatların xüsusi xidmət orqanları tərəfindən dinlənilməsi ehtimalını şərh edərkən deyib.



Kremldəki mənbə onu da deyib ki, Rusiya liderinin xarici siyasətçilərlə danışıqları həmişə tərcüməçi üzərindən həyata keçirilir və xüsüsi diplomatik kanallarla təşkil olunur. Çünki protokolda belə yazılıb.

Putinin mətbuat katibi Dmitri Peskov prezidentin "xüsusi, xəlvəti telefonunun olması” barədə xəbəri şərh edərkən informasiyanı təkzib etməyib. "Elə də qalın deyil”,-Peskov bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın iyul ayında Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışıqlarına görə impiçment proseduruna məruz qalıb. Həmin telefon danışığını kəşfiyyat zabiti dinləyib və Trampın Zelenskidən ABŞ Konstitusiyasına ziddiyyət təşkil edən xahiş etdiyini-rəqibi Cozef Baydenin və oğlu barədə Ukraynada korrupsiya iddialarını araşdırmağı istədiyini üzə çıxarıb. Zabit dərhal bu barədə kəşfiyyat strukturlarının rəhbərliyinə şikayət yazıb. Qalmaqal yaranıb və Konqres Trampın barəsində impiçment prosedurunu başladıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol