• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “Range Rover” sürücüsündən yol polisinin gözü qarşısında dərəbəylik - VİDEO

Bakıda “Range Rover” sürücüsündən yol polisinin gözü qarşısında dərəbəylik - VİDEO
30.09.2019 10:36
Bakının Nəsimi rayonunda kobud qayda pozuntusu yolda tıxaca səbəb olub.

BAKU.WS xəbər verir ki, "28 Mall”ın qarşısında "Range Rover” markalı maşın yolun əks istiqamətində hərəkət edərək yol hərəkəti qaydasını pozub.

Minik maşını "BakuBus”un qarşısına çıxıb və ona yol verməyib. Nəticədə yolda böyük tıxac yaranıb.

Hadisə şahidləri baş verənləri kameraya çəkərək BAKU.WS-in "qaynar xətti”nə göndəriblər.

Bildirilir ki, həmin hadisə yol polisi əməkdaşlarının gözü qarşısında baş verib. Videodan da göründüyü kimi yol polisi həmin sürücü ilə danışır. Lakin məsələyə müdaxilə etmir və sürücü maşını sürüb gedir.

Bu hal hadisə şahidlərinin marağına səbəb olub və yol polisinin məsələyə müdaxilə edə bilməməsi tənqid edilib.

Qeyd edək ki, "Range Rover” sürücüsünün bu hərəkəti dərəbəylikdir. O, "fifa siqnalı"ndan istifadə edir, yol polisinin göstərişlərinə əməl etmir.

Eyni zamanda, digər yol hərəkəti iştirakçılarının rahat hərəkətinə maneə yaradır. İnsanların həyatını təhlükəyə atır.

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

Qurumun bölmə rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib ki, hadisə ilə bağlı araşdırma aparılacaq.

"Əgər hər hansı qanun pozuntusu barədə video yayılırsa, mütləq bu barədə araşdırma aparılır və qanun pozuntusuna yol verən vətəndaş barədə hüquq çərçivəsində tədbir görülür.

Ola bilər ki, videodan elə görünsün ki, sanki yol polisi məsələyə müdaxilə etmir. Lakin hadisənin görüntüləri çəkilir və sonradan həmin sürücü barədə tədbir görülür. Bu hadisəyə gəldikdə, mütləq araşdırma aparılacaq”, - deyə V.Əsədov bildirib.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol