• $
  • €
  • ₽
  • ₺
  • £

Rayonda əhali mitinq keçirdi – Video

Rayonda əhali mitinq keçirdi – Video
21.08.2014 14:23
Beyləqan rayonunun Dünyamalılar kəndinin sakinlərin yolların yararsız olmasına etiraz olaraq aksiya keçirib. Avqustun 20-də keçirilən aksiya zamanı sakinlər əllərinə Azərbaycan və hakim Yeni Azərbaycan Partiyasının bayraqlarını alıb, «İlham!, İlham!» qışqıraraq yürüş ediblər.

AXCP rayon təşkilatının sədri Rövşən Alışlının AzadlıqRadiosuna verdiyi məlumata görə, kəndlilər yolların pis vəziyyətdə olmasına, prezidentin yol çəkilişinə ayırdığı vəsaitin mənimsənilməsinə etiraz ediblər: «150-200 nəfərə yaxın kənd sakini İmişli-Daşburun avtomobil yolunu bağlamışdı. Onlar yollara ayrılan büdcə pullarının yeyintisinə, yollara sərf edilməməsinə etiraz ediblər. Rayon rəhbərliyi, polis, hamısı ərazidə idi. 9 nəfəri polis saxlamışdı. Təxminən axşam saat 11 radələrində məlumat aldıq ki, onları sərbəst buraxıblar. Büdcədən pul ayrılmasına baxmayaraq, Beyləqanın mərkəzi də daxil olmaqla, rayondakı əksər yollar bərbad vəziyyətdədir. Deyirlər, kanalizasiya çəkilsin, yollar düzələcək. Bilinmir kanalizasiyanın çəkilişi 1 il, ya 3 il çəkəcək. Amma kənd yollarının çəkilməsinə maneə yoxdur. Sadəcə, pulu yazıb, yeyirlər, adamlar da yayda tozun, qışda palçığın içərisində yaşamağa məcburdur».Beyləqan icra hakimiyyəti başçısının birinci müavini Telman Məstanov kənd sakinlərinin yol tələbi ilə etiraz aksiyası keçirdiyini təsdiqləyib: «Orda 30 kilometrə yaxın yoldur, onun 20 kilometrə yaxını çəkilib, qalanı hələ çəkilməyib. Pul 20 kilometrə ayrılıb. Qalan hissəyə də pul ayrılanda yolun çəkilişinə başlanacaq. Kənd sakinləri isə deyir ki, niyə yol bütöv çəkilmir. Gərək pul ayrılsın ki, yol bütöv çəkilsin. 2014-cü ildə 7 kilometr çəkilib, gələn ildə qalan 10 kilometr çəkiləcək».Telman Məstanov aksiya zamanın saxlananların olması barədə məlumatların doğru olmadığını bildirir. 2013-cü ilin avqustunda prezident rayonun 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi üçün Beyləqan rayon icra hakimiyyətinə 2 milyon manat vəsait ayrılması haqqında sərəncam verib.Beyləqan rayon icra hakimiyyətindən AzərTAc deyiblər ki, ayrılan vəsait hesabına Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi bu il başa çatacaq.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol