• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qayda pozan blogerə yol polisindən gözlənilməz jest - FOTO

Bakıda qayda pozan blogerə yol polisindən gözlənilməz jest - FOTO
29.05.2020 11:18
Hər gün yol qəzaları və qayda pozuntuları barədə müxtəlif informasiyalar yayılır.

Bir çox hallarda qayda pozan sürücülərlə yol polisləri arasında anlaşılmazlıqlar və mübahisələr yaranır.

Lakin çox az hallarda qayda pozan sürücü əməlini etiraf edir. Və çox nadir hallarda yol polisi qayda pozduğunu etiraf edən sürücüyə jest edir.

BAKU.WS xəbər verir ki, belə hadisələrdən biri də Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Nərimanov heykəli dairəsinə yaxınlığında Saleh Nəsirov adlı vətəndaş yol qaydasını pozub. Bu zaman sürücünü saxlayan yol polisi təəccüblənib. Çünki polis ağzını açmamış sürücü sənədlərii təqdim edib və qayda pozduğunu etiraf edib.

Yol polisi də, belə nümunəvi sürücüyə jest edib və ona cərimə yazmayıb. Sürücü Saleh Nəsirov hadisəni belə xatırlayır:

"Nərimanov heykəli dairəsinə yaxınlığında "Opel Zafira” markalı, 10 PL 415 dövlət nömrə nişanlı maşınla hərəkətdə olarkən saxlamaq və soldan gələn maşınları buraxmaq əvəzinə, tələsdiyim üçün və sürücülük təcrübəmə arxayın olaraq, qəza şəraiti yaratmayaraq qaza basıb keçdim.

Dairədə duran DYP əməkdaşı dərhal maşınımı saxladı. Yaxınlaşdı və özünü təqdim etməmiş sürücülük vəsiqəmi və maşının sənədlərimi ona sarı uzadaraq, qayda pozduğumu etiraf etdim. Yol polisi bir anlıq duruxdu və bu hərəkətimə çox təəcübləndi.

Vəsiqəmi yoxlayandan sonra polis dedi: "Cərimən, balın yoxdur niyə qaydaları pozursan ay Saleh Nəsirov?”.

Dedim, adətən qaydalarla sürürəm, sadəcə bu səfər tələsdirdim. Lakin qaydanı pozmuşam, etiraf edirəm, etirazım yoxdur və qanunla nə tələb olunursa edin, qol çəkim gedim.

"Qanunla sizi xəbərdar edirəm və yaxşı yol arzulayıram! Yolda muğayət olun!”, - deyə yol polisi bildirib”, - deyə Saleh Nəsirov bildirib.

Qeyd edək ki, Saleh Nəsirov bolgerdir. O, sosial şəbəkələrdə sosial problemləri işıqlandırır.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol