• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Prokurorluq KİV-də yayılmış ittihamlara cavab verdi

Baş Prokurorluq KİV-də yayılmış ittihamlara cavab verdi
30.09.2019 16:51
Baş Prokurorluq KİV-də yayılmış ittihamlara cavab verib.

AZXEBER.COM xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında bildirib ki, Abşeron rayon sakini Pərviz Həbibovun öldürülməsi faktı üzrə prokurorluq orqanlarında tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirləndirilən şəxs Ələkbər Ağakişiyevin məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə cinayətin guya ört-basdır edilməsi, sonuncunun cinayət məsuliyyətindən azad edilməsinə dair informasiyalar yayılmışdır. Həmin məlumatlar həqiqəti əks etdirmmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur və ictimai rəyi çaşdırmaq, prokurorluq orqanlarının nüfuzuna kölgə salmaq məqsədi güdür.

Belə ki, Azərbaycan Həndbol Federasiyasının baş hakimi vəzifəsində işləmiş Ələkbər Ağakişiyevin, bacısının nişanlısı Pərviz Həbibovu ailəsinin ünvanına nalayiq sözlər işlətməsinə görə qisas almaq məqsədi ilə 21 iyun 2018-ci il tarixdə döyərək xəsarət yetirməsi nəticəsində sonuncunun 28 iyun 2018-ci il tarixdə yaşadığı ünvanda vəfat etməsi faktına görə Ə.Ağakişiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə cinayət işi üzrə istintaq tamamlanaraq 24 yanvar 2019-cu il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 aprel 2019-cu il tarixli hökmü ilə Ə.Ağakişiyevin əməli Cinayət Məcəlləsinin 126.3-cü maddəsindən 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Həmin hökm qanunsuz hesab edildiyindən Ə.Ağakişiyevin Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə tərəfimizdən apellyasiya protesti verilmişdir. 

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır.

Baş Prokurorluq olaraq həmin qərarla razılaşmayaraq 13 sentyabr 2019-cu il tarixdə tərəfimizdən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya protesti verilmişdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol