• $
  • €
  • ₽
  • ₺
  • £

“Qazi və ya veteran olmaq heç kəsə qanunu pozmaqla bağlı əlavə üstünlük vermir” - Xocalının deputatı

“Qazi və ya veteran olmaq heç kəsə qanunu pozmaqla bağlı əlavə üstünlük vermir” - Xocalının deputatı
30.09.2019 22:54
"Qazi və ya veteran olmaq heç kəsə qanunu pozmaqla bağlı əlavə üstünlük vermir” - Xocalının deputatı

Milli Məclisin deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov özlərini Qarabağ əlili kimi təqdim edərək SOCAR-ın Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşlarına xəsarət yetirən şəxslərin qeyri-qanuni hərəkətlərini pisləyib.
Deputat E.Məmmədov "Demokrat.az”a açıqlamasında bildirib ki, qazi və ya veteran olmaq heç kəsə qanunu pozmaqla bağlı əlavə üstünlük vermir:

"Əgər bu hadisə ilə bağlı qanun kim tərəfindən pozulubsa, o, qanun qarşısında məsuliyyət daşıyır. Fərqi yoxdu, onlar ya SOCAR əməkdaşı, yaxud da veteranlar olub. Hər kəs qanun qarşısında bərabərdir”.
Deputat deyib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ qazilərinə, müharibə veteranlarına və əlillərə xüsusi diqqət göstərilir:
"Bu, çox vacib məsələdir. Hesab edirəm ki, bu diqqət və qayğını bir qədər də gücləndirmək lazımdır. Əgər bu insanlar Vətən uğrunda döyüşüb sağlamlıqlarını itiriblərsə, yaxud da itirməsələr belə, onlar daim dövlət qayğısı ilə əhatə olunmalıdır. Ancaq məsələnin bir tərəfini yaddan çıxarmaq olmaz. Yəni, kimliyindən asılı olmayaraq, qanunu pozmaq yolverilməzdir. Hər kəs qanun qarşısında bərabər məsuliyyət daşıyır. Nə vəzifəli, nə vəzifəsiz, nə veteran, nə qazi, nə də deputat qanunu poza bilər. Dövlətin qanununu kim tərəfindən pozulursa, o da qanun qarşısında məsuliyyət daşıyır. Mən də müharibə veteranıyam, amma bu, o demək deyil ki, nə istəsəm, edə bilərəm”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol