• $
  • €
  • ₽
  • ₺
  • £

TRT-nin yeni Bakı təmsilçisi vəzifəsinin icrasına başlayıb

TRT-nin yeni Bakı təmsilçisi vəzifəsinin icrasına başlayıb
21.08.2014 12:03
TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan vəzifəsinin icrasına başlayıb.TRT-nin Bakı təmsilçiliyindən Trend-ə verilən məlumata görə, Y.Arslan 1990-cı illərdən bəri müxbir olaraq Qarabağ müharibəsi və Azərbaycanda baş verən hadisələri dünyaya çatdıran ilk türk jurnalistlərdən biri olub.Y.Arslan Dağlıq Qarabağ müharibəsini, Azərbaycanın müstəqillik yolunda ilk addımlarına şahidlik edib. Qarabağ müharibəsini, Ankarada Elçibəy-Petrosyan görüşməsini, Gəncədə Surət Hüseynov qiyamını xəbər və müsahibələrlə dünyaya çatdıran jurnalistlərdən olub. Eyni zamanda, mərhum Prezidentimiz Heydər Əliyevdən müsahibə alan ilk türk jurnalist olaraq tarixə düşüb. Y.Arslan Azərbaycan-Ermənistan müharibəsi ilə yanaşı, Bosniya, Birinci Körfəz və Çeçen-Rus müharibələrini də aktiv şəkildə işıqlandırıb. Çeçen-Rus müharibəsində paytaxt Qroznıya girən ilk türk jurnalist olub.Y.Arslan TRT-də Xəbər Departamentində müxbir, xəbər müdiri, departamentin sədr müavini və sədr vəkili vəzifələrini icra edib. Hazırda Türkiyədə Parlament müxbirləri dərnəyi, Prezident Administrasiyası və Baş nazirlik müxbirləri dərnəyi, Ankara Jurnalistlər Cəmiyyəti, KİV ixtisas jurnalistləri federasiyasında da sədr vəkili vəzifəsini icra edir.Azərbaycanlı xanımla ailə həyatı quran Y.Arslan bir oğul atasıdır.

İllər sonra təkrar Azərbaycana təmsilçi olaraq qayıdan Y.Arslan bunun qürur və şərəf verdiyini, dost və qardaş ölkənin yayım qurumları arasındakı işbirliyinin daha da mökkəmlənməsi və inkişafı üçün bütün səylərini səfərbər edəcəyini söyləyib.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol