• $
  • €
  • ₽
  • ₺
  • £

Nəticələr açıqlandı

Nəticələr açıqlandı
21.08.2014 11:26
Qəbul imtahanında ümumilikdə 405 şagird iştirak edibTəhsil Nazirliyinin nəzdindəki Fizika-riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərə qəbul imtahanlarının nəticələri açıqlanıb.ANS PRESS-in Təhsil Nazirliyinə istinadla verdiyi məlumata görə, iki mərhələli imtahanların birinci mərhələsində namizədlərin məntiqi düşüncə qabiliyyətini və intellektual potensialını müəyyən etmək üçün test imtahanı təşkil olunub.İkinci mərhələdə isə liseylərin profilinə uyğun olaraq, VII sinif şagirdləri Azərbaycan dili və riyaziyyat, VIII və IX sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən imtahan veriblər.Qəbul imtahanında VII sinif üzrə 170, VIII sinif üzrə 151, IX sinif üzrə 84 şagird olmaqla, ümumilikdə 405 şagird iştirak edib. Onlardan 152 nəfər Fizika-riyaziyyat və informatika təmayüllü liseyə, 87 nəfər isə Kimya-biologiya təmayüllü liseyə qəbul olunub.Qeyd edək ki, bu liseylərdə təhsilalanlar üçün fərqli proqram tətbiq olunacaq, istedadı ilə seçilən şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlanması məqsədilə müvafiq şərait yaradılacaqdır. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz ediləcəkdir. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar.Qəbul imtahanlarının nəticələrini şagirdlərin imtahan verdikləri liseylərdən öyrənmək mümkündür. İmtahanlardan uğurla keçmiş şagirdlər 21-29 avqust 2014-cü il tarixlərində qeyd olunan təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol