• $
  • €
  • ₽
  • ₺
  • £

Nömrə qalmaqalı: oliqarx övladları kimdir? - TƏFƏRRÜAT

Nömrə qalmaqalı: oliqarx övladları kimdir? - TƏFƏRRÜAT
29.05.2020 04:57
Bakı küçələrində üç fərqli markalı avtomobildə eyni dövlət nömrə nişanlı ilə şütüyən maşınların sahibləri məlum olub.Axar.az xəbər verir ki, 10 MM 010 dövlət nömrə nişanından üç avtomobildə istifadə edənlər “Hafka” ləqəbli məşhur iş adamı Hafiz Məmmədovun övladlarıdır.Sosial şəbəkədəki bahalı maşınların reklamı üçün nəzərdə tutulan Feysbukdakı “Cars in Baku”səhifəsində araşdırma apararkən təsbit etdik ki, Hafkanın oğlanları Kənan və Məcid qardaşları uzun müddətdir Bakı yollarında eyni nömrə nişanla fərqli avtomobillər sürürlər. Görüntülərin bəzilərini qardaşlar özləri paylaşsa da, bir çoxunu sosial şəbəkələrdə və avtomobil saytlarında ayrı-ayrı şəxslər çəkərək paylaşıblar. İnternetdə olduqca məşhur olan bu maşınların fotoları böyük müzakirələrə də səbəb olub.İnternetdə çox məşhur olan fotolardan görünür ki, şəhərin müxtəlif yerlərində dəfələrlə görünən hər iki avtomibilin ancaq arxa hissəsində dövlət nömrə nişanı var. Bu, həm də onu göstərir ki, sahibləri avtomobilləri ancaq arxa hissəsinə vurulan nömrə ilə idarə edirlər.Bu hal qanunla qadağan olunmasına baxmayaraq, Kənan və Məcid Məmmədovlara hələlik hüquqdan yayınmağı bacarıblar.Əməkdaşımızın sosial şəbəkələrdə axtarışı zamanı o da məlum olub ki, əsasən də axşam saatlarında iş adamının oğlanları ayrı-ayrı maşınlarda eyni nömrə nişanıyla şəhərə çıxırlar.Gənclər “Porşe” və “Mercedes Benz SLS AMG” markalı maşınlarda, həmçinin "Cip" markalı maşında 10 MM 010 nömrə nişanı ilə hərəkət edirlər.Onu da deyək ki, Kənan Məmmədov Xorvatiyanın Azərbaycanda xoşməramlı səfiridir. Həmçinin, “Bank of Azerbaijan” ASC Məmmədovların əlindən alınana qədər bankın əsas səhmdarları Hafkanın oğlanları olub: Məmmədov Kənan - 21 817 500 AZN (43,63%) Məmmədov Sənan - 21 817 500 AZN (43,63%).Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə üç fərqli maşına eyni nömrənin vurulmasının yolverilməz olduğunu bildirmişdi. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol