• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Şuşa məscidini tanınmaz hala saldılar - FOTO

Ermənilər Şuşa məscidini  tanınmaz hala saldılar - FOTO
05.10.2019 10:35
Ermənistan 28-ci ildir işğal altında saxladığı Şuşa şəhərindəki tarixi Cümə məscidini "bərpa” adı altında farslaşdırmağa cəhd edir.


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, separatçı qurumun "mədəniyyət və turizmin inkişafı agentliyinin rəhbəri” Sergey Şahverdiyan bu barədə bildirib. Separatçının sözlərinə görə, məscidin "bərpa”sı yaxın günlərdə yekunlaşacaq. Şahverdiyan qeyd edib ki, "bərpa” işləri "Şərq Tarixi İrsinin Dirçəlişi” fondu tərəfindən həyata keçirilib. Erməni separatçısı bu işlərə görə Saeed M.Nahavandinin "fədakarlığını” da qeyd edib. Beləliklə, "bərpa” adı altında məscidin tarixi qiyafəsi tamamilə dəyişdirilib.

Bundan əvvəl dəfələrlə Dağlıq Qarabağdakı qondarma qurumla İran şirkəti arasında Şuşadakı Yuxarı Gövhərağa məscidinin "təmiri” ilə bağlı imzalanan müqaviləyə Azərbaycan rəsmiləri tərəfindən etiraz bildirilib. Lakin İran tərəf Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməklə kifayətlənib və separatçılarla işbirliyində olan şirkətin qarşısını almağa cəhd göstərməyib. Sonuncu dəfə bu ilin mayında XİN səviyyəsində bu əməllərə etiraz olaraq bəyanat verilmişdi. "Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə tikilən Yuxarı Gövhərağa (Cümə) məscidi ermənilər tərəfindən "bərpa" olunaraq, fars məscidi kimi qələmə verilir. Bütün bunlar işğalçı tərəfin Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümayiş etdirir", bəyanatda deyilirdi.


Ermənistan və Qarabağ separatçıları bununla onlar üçün "nəfəslik” rolunu oynayan İrana jest etmək istəyiblər. Həm də belə bir şou ilə Qarabağdakı tarixi abidələrin dağıdılması faktını gizlədəcəklərini zənn edirlər. Lakin fakt budur ki, söhbət Azərbaycanın tarixi şəhərindəki məsciddən gedir. Lakin ermənilər onu "fars məscidi” olaraq təqdim etməyə mənasız cəhd edirlər, İrəvandakı cümə məscidi kimi...
















www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol