• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda diqqətçəkən turist - Dodağında 94 pirsinq var + FOTOLAR

Bakıda diqqətçəkən turist - Dodağında 94 pirsinq var + FOTOLAR
05.10.2019 13:33
Son günlər Bakıda qəribə görünüşü ilə diqqət çəkən turist müzakirələrə səbəb olub. Bir neçə şəxs onun fotosunu sosial şəbəkələrdə paylaşaraq öz fikirlərini bildiriblər. Həmin şəxs üzərində çoxlu pirsinq və tatular, hətta alınında iki buynuzu olan almaniyalı turistdir.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, 60 yaşlı Rolf Buchholz oktyabrın 3-də Aşqabaddan Bakıya gəlib və paytaxtın bir çox turistik yerlərindən fotolar çəkərək paylaşıb. Almaniyanın Dortmund şəhərində yaşayan proqramist Rolf dünyanın bir çox ölkəsinə səyahət edib və əksər yerlərdə diqqət cəlb edib, yerli sakinlər onunla dəfələrlə foto çəkdirib.

R. Buchholz müsahibələrinin birində bildirib ki, bu görünüşü həyatında ona çox da problem yaratmayıb: "Bəzən buynuzlarla bağlı fərqli reaksiyalar olur. Məsələn, Dubaya gedəndə buna görə məni ölkəyə buraxmadılar. Elə aeroportdan təyyarəyə oturdub Almaniyaya geri göndərdilər”.

Bədənində 453 pirsinq ilə dünyada bədənində ən çox deşik olan adam kimi tanınır. Bu göstərici ilə Ginnesin rekordlar kitabına adı düşüb. Təkcə dodaqlarında 94 pirsinq var. 

Rolf ən böyük probleminin hava limanlarında detektordan keçmək olduğunu deyib.





www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol