• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qəzəbli kürəkən qayınatasını və xanımını güllələdi - QORXUNC HADİSƏ

Azərbaycanda qəzəbli kürəkən qayınatasını və xanımını güllələdi - QORXUNC HADİSƏ
07.10.2019 11:14
Bu ilin mart ayında Gəncə şəhərində həyat yoldaşı və qayınatasını güllələyərək öldürən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilən 29 yaşlı Məsim Məmmədov Ali Məhkəməyə müraciət edib.

Anews.az xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə məhkum edilən və apelyasiya instansiyasında müraciəti rədd edilən M.Məmmədov Ali Məhkəmədən hökmün dəyişdirilməsini xahiş edib. İşə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, mart ayında Gəncə şəhərində ata və qızı odlu silahla qətlə yetirilib. Hadisə şəhərin Bağmanlar küçəsi, birinci döngə, ev 1-də baş verib. 1990-cı il təvəllüdlü Məsim Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunun evinə gələrək onu, həmçinin ata evində olan 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Atəş zamanı pəncərə şüşəsinin qırılaraq yerə tökülməsi nəticəsində onun 1969-cu il təvəllüdlü qayınanası Əkbərova Arzu Zəfər qızı xəsarət alıb. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, ötən gün M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsidə olublar. Lakin təyin edilən məhkəmə prosesi təxirə salınıb.
Məlumata görə, kürəkəni tərəfindən qətlə yetirilən şəxs tanınmış həkimdir. Həyat yoldaşı tərəfindən öldürülən 27 yaşlı İlahə Əkbərova isə onun yeganə övladıdır

Qızı ilə birlikdə qətlə yetirilən 62 yaşlı Namiq Əkbərov Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasında həkim işləyib və Gəncədə böyük nüfuza malik olub. Həyat yoldaşı tərəfindən öldürülən 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızı isə onun yeganə övladıdır. O, təzəcə ailə qurubmuş.(publika)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol