• $
  • €
  • ₽
  • ₺
  • £

"Qanlı göl"ün ətrafı sökülür - VİDEO

"Qanlı göl"ün ətrafı sökülür - VİDEO
20.08.2014 18:38
Göl ətrafında məskunlaşmış məcburi köçkülər evlərinin sökülməsindən şikayətlənirYasamal rayonu "Qanlı göl" ətrafında söküntü işləri aparılır.ANS TV-nin məlumatına görə, Yasamal rayonunuda "Qanlı göl" ətrafında məskunlaşmış məcburi köçkülər evlərinin sökülməsindən şikayətlənirlər. Ötən əsrin 90-cı illərin əvvəllərindən bu ərazidə Kəlbəcər, Laçın, Cəbrayıldan olan məcburi köçkünlər məskunlaşıb. Həmin şəxslər əvvəllər yataqxanalarda yerləşdiriliblər, sonradan öz mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədilə bu əraziyə köçüblər. Yəni məcburi köçkünləri heç kim qanuni şəkildə bura köçürməyib və bu illər ərzində onlara gözün üstə qaşın var deməyiblər. Amma təxminnən bir həftədir ki, Yasamal rayon icra hakimiyyəti onların köhnə tikililərinə etdikləri əlavə artırmaları söküb. Bu da tərəflər arasında gərginliylə səbəb olub.Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov isə deyir ki, bu ərazi vaxtilə Elmlər Akademiyasının torpaqları olub və məcburi köçkünlərdə əslində 1996-ci ildən bura köçməyə başlayıblar.Həmin dövrdə də 160-a yaxın evin sökülməsilə bağlı qərar verildi. Sonradan baş nazirin müavini Əli Həsənov məsələni nəzarətə götürdü, məcuri köçkünlərlə söhbət aparıldı. Onların orda yaşamasına bir şərtlə razılıq verildi ki, heç bir əlavə tikinti işləri aparlımayacaq. Amma bir ay əvvəl müəyən edilib ki, orada yenə də əlavə artırmalar tikilir. Həmçinin müəyyən edilib ki, nəinik məcburi köçkünlər hətta müxtəlif rayonlardan olan şəxslər də gəlib, məcburi köçkünlərdən torpaq sahələri alaraq evlər tikiblər. Bundan sonra icra hakimiyyətində sonradan tikilimiş həmin evlərin sökülməsinə və bu işə göz yumanların cəzalandırılmasına qərar verilir.Həmçinin sökülən boş torpaq sahələrinin alındığı qanunsuz hasarlar olur. İcra rəsmisi bildirdi ki, məcburi köçkünlərin bu ərazidən köçürülməsi aktualdır. Onlar bunu bildikləri üçün əlavə artırmalarla gələcəkdə hökümətdən çox pul qazanmaq niyyətindədirlər. Lakin buna heç bir halda yol verilməyəcək. Odur ki, məburi köçkünlər hazırda yaşadıqları şəraiti dəyişdirməyə cəhd etməsinlər.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol