Kür çayına minlərlə nərə balığı buraxıldı - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Az Varvara” MMC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda nərə balıq körpələrinin Kür çayına buraxılması həyata keçirilib.
"Az Varvara” MMC-nin Balıqyetişdirmə Təsərrüfatında yetişdirilmiş çəkisi 40 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb.
Qeyd edək ki, oktyabr ayının sonunadək, ümumilikdə 30 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Bu cür tədbirlərin keçirilməsində məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarını əhalinin təlabatına uyğunlaşdırılmaq və onların qorunmasının vacibliyini təşviq etməkdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























