Deputatdan sərt sözlər: Bir kişi tapılmadı ki, o cinayətkara yumruq vursun?!

Milli Məclisin iclasında deputat Aytən Mustafayeva Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında qeydə alınan cinayəti pisləyib.
"Biz necə cəmiyyətdə yaşayırıq? Bir kişi tapılmadı ki, o kişiyə bir iki yumruq vursun, cinayətdən çəkindirsin!”, - deyə A.Mustafayeva əlavə edib. Xatırladaq ki, Bakıda ər arvadını qətlə yetirib. Binəqədi rayonunda, Avtovağzal metrostansiyası yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L.Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.
Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxu.Az-ın xəbərinə görə, deputat bildirib ki, uşağın gözü önündə ərin arvadını qətlə yetirməsi qəddarlıqdır.
Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























