• $
  • €
  • ₽
  • ₺
  • £

Xüsusi əməliyyat: iki azərbaycanlı kapitan Türkiyədə həbs olundu - FOTOLAR

Xüsusi əməliyyat: iki azərbaycanlı kapitan Türkiyədə həbs olundu - FOTOLAR
20.08.2014 16:05
Türkiyədə dənizdə və quruda eyni vaxtda həyata keçirilən xüsusi əməliyyat zamanı yüzə yaxın miqrantı qeyri-leqal yollarla Yunanıstanın Rodos adasına keçirmək istəyən iki Azərbaycan vətəndaşı yaxalanıb.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün həyata keçirilən əməliyyat zamanı həmin şəxslər “Vagabund” adlı 10 metrlik motorlu qayığın kapitanlarıdır.Xəbərə görə, əməliyyatı Türkiyənin sahil mühafizə qüvvələri və jandarması həyata keçirib. Daxil olan əməliyyat məlumatları əsasında keçirilən əməliyyatda cəmi 155 miqrant saxlanılıb.Sahil mühafizə qüvvələri “Vagabund” adlı alman bayraqlı motorlu qayıqda Yunanıstanın Rodos adasına qeyri-leqal yollarla miqrant aparılacağına dair məlumatı aldıqdan sonra qayığı təqib etməyə başlayıblar. Qayığa Muğlanın Çığlıq yarımadası sahillərində “dayan” əmri verilib. Qayıqda aparılan yoxlama zamanı 5-i qadın, 3-ü azyaşlı uşaq olmaqla cəmi 56 nəfər olduğu müəyyən edilib. Onların Birma, İran, Suriya, Əfqanıstan vətəndaşları  olduqları təsbit edilib.Həmçinin məlum olub ki, qayığı iki azərbaycanlı kapitan idarə edir. Onların miqrantları Yunanıstanın Rodos adası üzərindən İtaliyaya keçirməyi planlaşdırdıqları müəyyən olunub.Qayıqdakı miqrantlar ifadələri alınmaq üçün Muğla jandarma komandanlığına aparılıb. Azərbaycan vətəndaşı olan kapitanlar isə həbs olunub.Əməliyyatın ikinci hissəsi isə Muğlanın Fatihiyyə qəsəbəsinin Günlüklü yarımadası səmtində keçirilib. Məlumata görə, Günlüklüdə dənizə yaxın meşəlik sahədə 99 miqrant qayıq gözləyərkən aşkar edilib. Onların 79-nun Suriya, 14-nün Birma, 5-nin Əfqanıstan, 1-nin isə Azərbaycan vətəndaşı olduğu bildirilir.Miqrantlar ifadələrində bildiriblər ki, onları Günlüklü yarımadasına gətirənlər bura Rodos adası olduğunu deyərək aradan çıxıblar. Miqrantlar aparıldıqları yerin Rodos adası olmadığını ancaq jandarmadan öyrəniblər.Hazırda miqrantların qeyri-leqal yollarla Yunanıstana daşınmasını təşkil edənlər axtarılır. ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol